“Əsirlərin dəyişdirilməsi məsələsi hər zaman danışıqların gündəmindədir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, digər həbsdə saxlanılanlarla bağlı da iş gedir: “Əgər bu barədə razılıq əldə olunsa, biz sözsüz ki, bunu dəstəkləyəcəyik”.