Zaqatala İH-nın sevimli iş adamı: Zeynal İbrahimovla 230 min manatlıq müqavilə

Hit İQTİSADİYYAT
Spread the love

17.02.2021 ci il tarixində keçirilən 4 kotirovka sorğusunun qalibi bir nəfər olub.

Qaynarinfo xəbər verir ki, bir gündə 4 satınalmanın qalibi fiziki şəxs, sahibkar İbrahimov Zeynal Əliağa oğlu Zaqatala rayon İcra Hakimiyyətinin sevimli iş adamıdır.

Əvvəlcə sahibkarın fevralın 17-də qazandığı satınalmaları təqdim edirik:

– Sair torpaq, tikili və avadanlıqların satın alınmasına dair keçirilmiş kotirovka sorğusunun qalibi Sahibkar İbrahimov Zeynal Əliağa oğlu olmuşdur. Müqavilə 02.03.2021-ci il tarixində 8900 AZN məbləğində imzalanıb.

– avadanlıqların satın alınmasına dair keçirilmiş kotirovka sorğusunun qalibi Sahibkar İbrahimov Zeynal Əliağa oğlu olmuşdur. 02.03.2021-ci il tarixində 44208 AZN məbləğində müqavilə imzalanıb.

– sair torpaq, tikili və avadanlıqların satın alınmasına dair keçirilmiş kotirovka sorğusunun qalibi Sahibkar İbrahimov Zeynal Əliağa oğlu olmuşdur. 02.03.2021-ci il tarixində 7960 AZN məbləğində müqavilə imzalanıb.

– digər malların satın alınmasına dair keçirilmiş kotirovka sorğusunun qalibi Sahibkar İbrahimov Zeynal Əliağa oğlu olmuşdur. 02.03.2021-ci il tarixində 32226 AZN məbləğində müqavilə imzalanıb.

Açıq mənbələrdə olan məlumatlara görə, zaqatala rayon İcra Hakimiyyəti 09.07.2019 tarixindən başlayaraq sahibkarla 11 satınalma müqaviləsi bağlanılıb. 11 satınalmanın ümumi məbləği 229 min 140 manat 83 qəpik təşkil edib.

Satınalmalara diqqət etdikdə məlum olur ki, Zeynal İbrahimov maşın və avadanlıqlardan tutmuş, icra hakimiyyəti üçün digər mallar, sair torpaq və avadanlıqların satınalınması, eləcə də bayram və festifalları təşkil etmək qədər istedadlı iş adamıdır.

Qeyd edək ki, sahibkarın hazırda vergi borcu 461 manat 50 qəpikdir.