“Zakir Həsənovun etdiyi Ali Baş Komandana xəyanətdir” – FAKT

Manşet ÖLKƏ
Spread the love
“Zakir Həsənovun etdiyi Ali Baş Komandana xəyanətdir” – Aslan Hamidli
Bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Hamidli deyib.
Qalib ordunun gününə baxın…
Hərbiçilərimizin, əsgərlərimizin gününə baxın siz. Biyabırçılıqdır. Adamlar su tapmır a kişi. Qarı əridib çay suyu istifadə edirlər.
Nəcməddin Sadıkovun poz verməsi ölkə gündəmini zəbt edib. Hanı o saytlar? Yazında bəylər. Bundan da yazın. Şanlı ordumuz görün hansı şəraitdə xidmət edir? Bir gün suyunuz gəlməyəndə Qorxmaz Hüseynov haqqında məqalələr tirajlayırsınız. Bəs niyə indi səssiz qalırsınız? Olmaya Zakir Həsənovdan qorxursunuz?
Hanı Zakir Həsənov? Hanı aldığınız konteynerlər?
Qalib ordu bunlara layiq deyil!
Zakir Həsənovun şanlı qalib ordu ilə bu cür rəfdarı qələbəmizə, millətimizə və ən əsas da müzəffər qalib ordumuzun Ali Baş Komandanına xəyanətdir!