Zəki Öztürk: “Gəncədən Rizeyə hava reysinin olmasını dəstəkləyirəm”

Əsas Manşet MÜSAHİBƏ
Spread the love

“Mən də  Gəncədən Rizeyə hava reysinin olmasını dəstəkləyirəm. Ümumiyyətlə, Rizeyə yox, Türkiyənin hava limanı olan bütün bölgələrinə belə bir uçuşların olmasını arzu edirəm”.

 

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk deyib.

Qeyd edək ki, açılışına Azərbaycan prezidentinin də qatıldığı Rize hava limanına Gəncədən təyyarə reyslərinin təşkil olunması  barədə Gununsesi.info-nun rəhbəri Pərviz Həşimlinin təşəbbüsünə Milli Məclis üzvlərindən də dəstək gəlib.

Zəki Öztürk də saytımıza açıqlamasında bildirib ki, belə bir reyslərin olması Gəncənin də iqtisadi durumunun inkişafı üçün dəstək olar: “Mən keçmişdə turizm sahəsində olmuşam. Hesab edirəm ki, belə reyslər turizmin inkişafına da təsir edir. Ancaq bunun digər tərəfi də var. Hava şirkətlərinin özlərinin bunun özlərinə uyğun olub-olmamasını hesablamalıdırlar.  İndi həftədə iki dəfə Türk Hava Yolları uçur. Martdan etibarən “Pegasus” da iki dəfə reys açıb. Qara Dəniz bölgəsinə də uçuşlar olsa yaxşı olardı”. 

 

Gununsesi.info