Yanvarın 7-də saat 11:00-da Sabunçu rayon məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə Yunus Səfərovun təmsil olunduğu 12 nəfərlik qrupun ilk məhkəməsi olacaq.
Bu barədə Gununsesi.org-a təqsirləndirilən şəxslərin vəkilləri bildirib.
Məlumatda o da qeyd olunur ki, məhkəmə açıq olacaq.
Bu iş üzrə təqsirləndirilən Yunus Səfərovla yanaşı daha 12 nəfərin işinə baxılacaq. Onlar aşağıdakılardır.
1.Səfərov Yunis Rafiq oğlu
2.Əzizov Mahir Əziz oğlu
3.Abdullayev Hamlet Ramiz oğlu
4..Əliyev Akif İsmayıl oğlu
5.Mustafayev Rasim Hafiz oğlu
6.Qurbanov Ceyhun Ələkbər oğlu
7.Zeynalov Firudin Etibar
oğlu
8.Zalov Cəfər Mürsəl oğlu
9.Məmmədov Vüqar Vaqif oğlu
10.Salahov Ceyhun İsrail oğlu
11.Bağırov Anar İslam oğlu
12.Sərxani Ağa Hüseyin oğlu
Xatırladaq ki, Yunus Səfərov Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəlıyevi öldürmək məqsədi ilə ona silahlı hücumn etmişdi. Hadisə zamanı icra başçısı və mühafizəçisi ağır yaralanıb.