Yerevanda Paşinyana qarşı etiraz: kütlə Hökumət binasına girdi

DÜNYA Hit
Spread the love

Baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsinin sona çatması ilə bağlı müraciətindən sonra Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları başlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Yerevanın mərkəzinə avtomobillərlə insanların axını davam edir.

Etirazçılar hökumət binasına giriblər, şüşələrin və qapıların qırıldığı deyilir.

Etirazçılar Robert Köçəryanı Paşinyana qarşı hərəkata rəhbərlik etməyə çağırırlar.