Yens Stoltenberq Avropa İttifaqını məzəmmət edib – “Siz, Avropanı müdafiə edə bilməzsiniz”

DÜNYA Manşet
Spread the love

NATO-nun Baş katibi Yens Stoltenberq xəbərdarlıq edib ki, Avropanın müdafiəsi sıx transatlantik əlaqələrdən asılıdır, qitənin strateji muxtariyyətinə canatmalardan yox.

«Mən, Avropa İttifaqının (Aİ) müdafiə sahəsindəki səylərini dəstəkləyirəm, çünki müdafiə xərclərinin artırılması, yeni hərbi imkanlar və Avropa müdafiə sənayesinin fraqmentasiya problemləri – bütün bunlar Avropanın təhlükəsizliyinin, transatlantik təhlükəsizliyin, bizim hamımızın xeyrinə olacaq» – Yens Stoltenberq martın 9-da «Frans-Press» agentliyi tərəfndən dərc edilmiş müsahibəsində bəyan edib.

Şimali Atlantika Alyansı başçısının sözlərinə görə, hərbi blokda avropalıların müdafiə sahəsindəki bütün səylərini alqışlayırlar, «nə qədər ki, onlar NATO-nu tamamlayır, ancaq Aİ Avropanı müdafiə edə bilməz».

«Avropa sakinlərinin 90 faizindən çoxu NATO ölkələrində yaşayır, amma NATO-nun müdafiə xərclərinin yalnız 20 faizi Aİ üzvlərinin payına düşür» – Baş katib qeyd edib.

Agentlk xatırladır ki, NATO Baş katibi bu bəyanatla Fransa Prezidenti Emmanuel Makronun «Financial Times» qəzetində (Britaniya) dərc olunmuş fevral müsahibəsini təkrarlayıb. Həmin müsahibədə Makron deyib: «Mən, Avropanın suverenliyinin, strateji muxtariyyətinin ona görə tərəfdarı deyiləm ki, mən, NATO-nun əleyhinəyəm və ya ona görə ki, mən amerikalı dostlarımıza şübhə ilə yanaşıram. Ancaq ona görə ki, dünyanın hansı vəziyyətdə olduğu mənə aydındır».

Bununla bərabər, Makron qeyd edib ki, «heç kim məni inandıra bilməz ki, NATO bu gün elə bir strukturdur ki, öz əsaslarına görə, hələ də aktualdır».

«O, Varşava Müqaviləsinə qarşılıq kimi yaradılıb. Varşava Müqaviləsi artıq yoxdur» – Fransa lideri xatırladıb.

Dünyanınsəsi.Az