Yeni “Qarabağ kartı”… keçməyəcək – bölgənin açarları artıq Bakının əlindədir

Əsas Manşet SİYASƏT
Spread the love

Azərbaycanın regionda yaratdığı sərt reallıq, açıq saxladığımız sülh qapıları, saz vəziyyətdə saxladığımız “dəmir yumruq”; ermənilərə boş ümidlər verənlər bilməlidirlər: bütün məkrli oyunlar oynanılıb qurtarıb…

Məğlub olan Ermənistan çaşqınlıq içərisindədir. Düşmən elə bir affekt vəziyyətinə düşüb ki, bütünlüklə rabitəsini itirib. Ona görə də kustar və barbar üsullara əl ataraq gözümüzü qorxudacağını düşünür.

44 günlük müqəddəs Vətən savaşımız şəkk-şübhəsiz ki, Güney Qafqaz coğrafiyasında tam yeni geosiyasi reallıq yaradıb. Region, nəhayət, 30 illik durğunluq zolağından çıxaraq, dünyaya inteqrasiyası üçün tarixi və unikal fürsət qazanıb. Bunu Ermənistanın Qərbdəki qatı tərəfdarları olan anti-Türk çevrələr də artıq etirafa etməyə başlayıb, Azərbaycanın bölgədə güclənən vazkeçilməz açar rolunu qəbul eləmək və onunla hesablaşmaq zorunda qalıblar. Regiona girişin müstəsna olaraq, Azərbaycan vasitəsilə mümkünlüyünü dərk ediblər.

Başqa yol yoxdur, olmayacaq. Məkrli “Qarabağ kartı” ilə və ermənilərdən istifadə eləməklə ölkəmizə qarşı təzə  oyunlar qurmaq daha alınmayacaq. Bütün oyunlar artıq oynanılıb, qurtarıb. Əks halda, Güney Qafqaz bölgəsi yeni oyunun təşəbbüsçülərinin üzünə həmişəlik qapana bilər. Oyun varsa da belə, onun qaydalarını Bakı diktə edir…

*****

azer-turk.jpg (289 KB)

Söhbət konkret geosiyasi güclərdən gedir. “Qatara” vaxtında yetişmək lazımdır. 10 noyabrdan sonra qalib Azərbaycanla güc və hədə dili ilə danışmaq və ya pərdə arxasında separatçı ünsürlərə hansısa yeni şirnikləndirici vədlər vermək heç bir müsbət nəticəyə gətirməyəcək. Bu, mənasız, eyni zamanda keçilmiş bir yoldur. Yalnızca beynəlxalq hüquqa hamılıqla hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq hamıya fayda gətirə bilər.

Azərbaycan buna hazır olduğunu daima bəyan edir və etməkdədir. O sırada II Qarabağ müharibəsində haqq elədiyi ağır məğlubiyyətə tuş gələn Ermənistan üçün qapıları açıq saxlayır. Yetər ki, rəsmi İrəvan axırıncı daşı da ətəyindən töküb Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanısın, erməni xalqına fəlakətdən savayı heç nə gətirməyən “separatçılıq kart”ından istifadəni birdəfəlik ağlından çıxarsın.

Bu yöndə rəsmi Bakı mümkün olan və hətta olmayanı belə edir. Əminik, Qarabağda keçmiş separatçı rejimin quldur başçısı Araiklə Azərbaycan nümayəndəsi arasında Rusiya sülhməramlıların rəhbəri Rüstəm Muradovun iştirakı ilə keçirildiyi deyilən görüşdə əsas hədəf də məhz budur: Dağlıq Qarabağ coğrafi məkanında Azərbaycan qanunvericiliyinin tam bərqərar edilməsi, xaricdə hazırlanan yeni işğalçı layihələrin önlənməsi və inteqrasiyanın qabağını kəsən maneələrin səbirlə götürülməsi.

*****

“Fikrimcə, görüşdə müzakirə edilən məsələlərin çevrəsi humanitar məsələlərdən daha geniş olub. Araiklə görüşmək ən azından ona görə lazım idi ki, aydınlaşdıraq: onun patriotizminin dəyəri nədir? Avtomobilini havaya uçuracaq idarəolunan raketdən bahadırmı? Əlbəttə, həm də gələcəkdə nə etmək barədə danışmaq üçün görüşmək lazım idi”.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Musavat.com xəbər verir ki, bu sözləri sabiq  xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Virtualaz.org-a deyib.

Bu cür görüşlərdə konkret hansı məsələlərin çözülə biləcəyinə gəlincə isə Zülfüqarov hesab edir ki, texniki xarakter daşıyan bir çox məsələlər qaldırılıb: “Orada müəyyən məsələlərlə bağlı qarşılıqlı əlaqələr, məsələn, erməni hərbi personalının sülhməramlı qüvvələrin məsuliyyət zonası olan ərazilərdən çıxarılması, bu ərazilərdən keçən kommunikasiyalar, sülhün təmin edilməsi məsələləri və s. müzakirə oluna bilərdi. Araik Arutyunyanın hərbi cani olması şübhəsizdir. Lakin bu görüşü tənqid edənlərə xatırlatmaq lazım gəlir ki, təkcə o yox, separatçı rejimə ondan əvvəl başçılıq edənlər də cinayətkarlardır”.

Eks-diplomat vaxtilə həm dövlət başçısının, həm digər şəxslərin, o cümlədən onun özünün nazir işləyəndə öz əməllərinə görə hərbi cinayətkarlar hesab edilən şəxslərlə görüşməli, danışıqlar aparmalı olduğunu xatırladıb: “Burada təəccüblü heç nə yoxdur. Bu, münaqişələrdə qəbul edilmiş praktikadır. Məsələləri hərbi toqquşmalara getmədən dinc yolla həll etmək cəhdləridir. Ən sadə olanı budur ki, özünü patriot hesab edəsən və görüşə yollanasan, tapançanı çıxarıb iştirakçıları güllələyəsən. Prinsipcə, belə bir şey baş verə bilər və haqq qazandırılardı. Lakin bu hərəkət daha çox qurbanlara gətirib çıxaracaq hadisələrə səbəb olacağı üçün heç kim belə eləmir. Başa düşmək lazımdır ki, belə görüş kimisə tanımaq mənasını vermir”.

20003d00cb8be72a1abc84fc403d1435.jpg (92 KB)

Zülfüqarov daha bir məqama diqqəti cəlb edir və bildirir ki, indiki təmaslar yeni situasiyada baş verir: “II Qarabağ müharibəsinin nəticəsi olaraq münaqişədən Ermənistan amili faktiki olaraq kənarlaşıb. İndi bəzi elementlər qalır ki, həmin amil birdəfəlik aradan qaldırılsın. Azərbaycan tərəfi də bunun üzərində işləyir. Yəni Ermənistan indi bizim üçün sadəcə, qonşu ölkədir və onunla postmünaqişə situasiyasında münasibətlər qurulur”.

Politoloqa görə, digər məsələlər qrupu Azərbaycan ərazilərinin bir hissəsində kompakt yaşayan erməni əhalisi ilə bağlıdır. “Bu ərazi müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Orada yaşayan erməni əhalisini Azərbaycan öz vətəndaşları sayır və onların reinteqrasiyasını qarşıya vəzifə qoyub. Bizim bəhs etdiyimiz görüş də bu siyasət çərçivəsində keçirilir. Yəni bu görüş beynəlxalq xarakter daşımır və hansısa texniki məsələlərin həlli üçün lazımdır. Bu, Azərbaycanın daxili məsələsidir, bizim bu gün heç vasitəçilərə də ehtiyacımız yoxdur”, – keçmiş nazir əlavə edib.

*****

Bu arada post-kapitulyasiya Ermənistanında hakimiyyət boşluğu özünü göstərməyə davam edir.

“Bu problemli ölkədə artıq iki deyil, çoxhakimiyyətliliyin əlamətləri müşahidə edilir. Az qala, hər qrupun öz baş naziri və prezidenti var. Əlbəttə, ”kölgə” baş naziri və “kölgə” prezident. Bundan isə siyasi avantüristlərin oyunlarında “günah keçisi” rolu almış xalqa fayda yoxdur”.

930254273d1efe19646eb84e321ec334.jpg (132 KB)

“Yeni Müsavat”ın məlumatına görə, bu fikir politoloq Tofiq Abbasovun Vesti.az-dakı təhlili məqaləsindəndir.

Onun sözlərinə görə, “erməni qayığı”nın yırğalanması tezliklə bitməyəcək. Bunu edənlər isə əsas şeyi başa düşmür: ““Qarabağ kartı”nı oynamaq artıq boş nömrədir və hakimiyyətdə Nikol Paşinyanı əvəzləyən heç kim status-kvonu dəyişdirə bilməyəcək. Bakı onu öz istədiyi kimi və zərər vermək üçün deyil, beynəlxalq hüquq aktlarının tələblərinin lehinə yaradıb. Bölgənin açarları Bakının əlindədir və avropalıların eyni qapıları döyməsi lazımdır. İrəvana əsassız avanslar vermək nəinki yersizdir, həm də siyasi cəhətdən təhlükəlidir. Ermənistanda xaos getdikcə böyüyür və heç kim orada nə zaman sakitlik hökm sürəcəyini və sakitlik olacağı təqdirdə belə, Ermənistanın təzədən dövlət təxribatı yoluna qayıtmayacağını söyləməyə cəsarət etməz”.

Elə ona görə Bakı sülh qapılarını açıq qoysa da, “dəmir yumruğu” da saz vəziyyətdə saxlayır. Azərbaycana qarşı yeni məkrli “Qarabağ kartı” keçməyəcək…

Dünyanınsəsi.Az