
YENƏ ATƏT-in Minsk Qrupunun həmsədrləri BƏYANAT YAYDI
Spread the love
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) Azərbaycan və Ermənistan Xarici işlər nazirləri ilə videokonfrans formatda keçirdikləri görüşlə bağlı bəyanat yayıblar.
Bu barədə Dünyanınsəsi.Az-a ATƏT-dən bildirilib.
Fevralın 16-da həmsədrlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanla videokonfrans formatında danışıqlar aparıblar. Danışıqlarda ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Həmsədrlər hər bir nazirlə bölgədəki sabitliyin təmin olunması, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə bağlı uzun və əsaslı fikir mübadiləsi aparıblar.