Yanvar ayında əsas kapitala 1 mlrd manata yaxın vəsait yönəldilib

Əsas Manşet İQTİSADİYYAT
Spread the love
Bu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 60,8%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir.
Məlumata görə, ümumi sərmayənin 70,6%-i məhsul istehsalı sahələrinə, 17,5%-i xidmət sahələrinə, 11,9%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 61,1%-ni təşkil edib.
Qeyd edək ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 73,7%, büdcə vəsaitləri 14,2%, əhalinin şəxsi vəsaitləri 6,8%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 3,4%, bank kreditləri 1,2%, sair vəsaitlər isə 0,7% təşkil edib.