Avropa Yəhudilər İttifaqının Parisdə keçirdiyi konfransda açıqlanan anketə görə, avropalıların 20%-i yəhudilərin effektiv gücə malik gizli şəbəkəsinin var olduğuna inanır.
DunyaninSesi.Az xəbər verir ki, iştirakçıların böyük əksəriyyəti yəhudilərin Xolokosdan öz ehtiyacları üçün istifadə etdiyinə inanır.
Avropalıların əksəriyyəti İsrailin apardığı müharibənin məsum olmadığına inanır.
Xatırladaq ki, yanvarın sonunda Almaniya xarici işlər naziri Heiko Maas Avropa miqyasında antisemitzmlə mübarizə aparmağın yolunu təklif etmişdi. Nazir bunun üçün Avropa İttifaqı ölkələrində Xolokostu inkar edənlərin cəzalandırılmasını təklif etmişdi.