
Xudafərində təsirli anlar: Güney azərbaycanlı ailə “Qarabağ şikəstəsi” oxuyaraq Araza yürüdü – göz yaşları… – VİDEO
AzTV-nin “Körpü” proqramının yeni verilişini çəkən heyət olduqca təsirli hadisə ilə üzləşib.
Musavat.com xəbər verir ki, çəkilişi Araz çayının o üzündən görən güney azərbaycanlı bir ailə maşını saxlayıb və Araz çayının ortasına qədər gələrək salamlaşmaq istəyiblər. Bu zaman ailənin bir üzvü “Qarabağ şikəstəsi” oxuyub.
Aparıcı, əslən Güney Azərbaycandan olan Sayman Aruz göz yaşlarını saxlaya bilməyib. Çəkiliş üçün Xudafərinə gələn millət vəkilləri də təsirləniblər. Həmin anları “TV Musavat”ın əməkdaşı qeydə alıb.
Onu təqdim edirik.
Musavat.com