XİN Bakı-İrəvan razılaşmasına aydınlıq gətirdi – “Müharibə bitməyəcək, atəşkəs 1-2 gün çəkəcək”/ VİDEO

Manşet SİYASƏT
Spread the love

Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Bu barədə Dünyanınsəsi.Az-a  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bəyanatda Rusiya Federasiyasının Prezidenti V.Putinin müraciətinə cavab olaraq və Prezident V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər

…Ötən axşamdan XİN başçılarının qapalı görüşünün nəticələrini səbirsizliklə gözləyən, sosial medianın Azərbaycan seqmentində anbaan fikirlər, proqnozlar yazan vətəndaşlar və demək olar ki, səhər qədər gözünə yuxu getməyən cəmiyyət bu bəyanatı birmənalı qarşılamayıb.

Hərbi üstünlüyün bizim tərəfdə olduğunu və əks-hücum əməliyyatlarının uğurla davam etdiyini yazan sosial şəbəkə fəalları döyüşlərə son qoyulmamasını tələb edirlər.

Lakin bir nüans nəzərdən qaçırılır, bu razılaşma heç də uzunmüddətli atəşkəs kimi qiymətləndirilə bilməz və humanitar bir aksiyadır.

Yəni cəsədlərin döyüş meydanından götürülməsinə, əsirlərin qaytarılmasına möhlət verilir.

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə düşmən qüvvələrinin xeyli sayda cəsədlərinin qaldığını nəzərə alsaq, bu müvəqqəti atəşkəs başadüşüləndir.

Bir sözlə, Vətən müharibəsi hələ bitməyib. Bəs, əldə edilən razılaşma və yuxarıdakı bəndlər özündə daha nələri ehtiva edir? Danışıqlar formatının dəyişməzliyinin təsdiq olunması nədən xəbər verir?

Çin Rusiyadan da texnologiya oğurlayır”, – Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun Musavat.com-a bildirdiyinə görə, humanitar atəşkəsin hələ bir gün sürüb-sürməyəcəyi bəlli deyil.

Politoloq Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqların başlanacağına da inanmır.

“Döyüşlər səngiməyib və bu gün Tərtərdə mülki əhali yenə atəşə tutulur. Bu necə razılaşmadır ki, atəş kəsilməyib?

Moskva görüşündə danışıqların uzun sürməsi də o deməkdir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etmir.

Deməli, savaş bitməyəcək. Sadəcə, Azərbaycan Rusiyadakı görüşdə iştirak etməklə göstərdi ki, sonra Moskva Bakının danışıqlara gəlmədiyini deməsin.

Ona görə görüşdə iştirak etdik və Rusiyanın özü üçün də müsbət bir hal oldu, Kreml dünyaya nümayiş etdirdi ki, səy göstərdim, tərəfləri masa arxasına oturtdum, bundan artığını edə bilmərəm”, – deyə siyasi ekspert vurğuladı.

E.Şahinoğlunun fikrincə, görüşdə iştirak bizim üçün zərərli deyildi və şərtimizi elan etdik:

“Danışıqların uzun çəkməsi də məhz ondan xəbər verir ki, Ermənistan şərtlərimizlə razılaşmayıb. Bu baxımdan müharibənin bitəcəyinə inanmıram.

Azərbaycanın dövlət başçısı neçə gündür ki, qətiyyətli mövqe ifadə edir və uzunmüddətli atəşkəsə gediləcəyini gözləmirəm. Təbii ki, bu gün Türkiyənin reaksiyası da maraqlı olacaq.

Ankara danışıqlar gedən saatlarda bəyan edirdi ki, işğalçı qüvvələr Qarabağdan çıxmadığı halda Azərbaycan əsgəri dayanmamalıdır. Odur ki, bu razılaşma humanitar atəşkəsdir və meyitlərin toplanması uzun çəkmir”.

Hikmət Hacızadə 4 iyun qiyamı haqqında danışdı:

Politoloq Hikmət Hacızadə Musavat.com-a bu razılaşmanı humanitar bir addım kimi qiymətləndirdi. Onun fikrincə, əslində bu və ya digər yollarla belə bir razılaşma olmalıydı:

“Bu çağırışları Qırmızı Xaç Komitəsi, ATƏT-in Minsk Qrupu edirdi. Maraqlı odur ki, tərəflər məsələni Rusiyaya həvalə etdilər, onun əli ilə həyata keçirildi, Rusiyanın danışıqlarda birinciliyi yenə təsdiqləndi.

Amma mənə elə gəlir ki, bu atəşkəs 1-2 gün çəkəcək. Ermənistan Qarabağdan qoşunlarını çıxarmasa, hərbi əməliyyatlar davam edəcək”.

H.Hacızadənin insanlarda atəşkəsin uzumüddətli olacağı barədə şübhələr və narahatlıqlar başadüşüləndir: “Çünki əvvəllər başımıza belə işlər gəlib. Aprel döyüşlərində də olub.

Ümid edirəm ki, ordumuz missiyasını davam edəcək. Rusiyanın hanssıa ciddi təzyiqlər göstərdiyi hələ ki görünmür. Zənnimcə, bizə mane olmayacaqlar”.

Emil Salamoğlu

Lavrovdan üçlü görüşlə bağlı açıqlamanı təqdim edirik: