NATO alyansı rəsmi “Twitter” səhifəsində Türkiyənin NATO-dakı tarixini anladan və bu ölkəyə dəstək mesajı verən türkcə video paylaşıb.
DunyaninSesi.Az xəbər verir ki, “We are NATO” (Biz NATO-yuq) etiketi ilə paylaşılan videoda Türkiyənin NATO daxilində vəzifələri türkcə anladılıb.
Video Türkiyənin NATO-nin ən fəal üzvlərindən biri olduğu qeyd olunur, ölkənin NATO müttəfiqlərinə dəstəyinin davam edəcəyi bildirilir.
“Müttəfiqlər kimi ortaq dəyərləri paylaşırıq. NATO-ya dəstəyimiz Türkiyənin ittifaqa qoşulduğu 1952-ci ilə qədər uzanır. NATO missiya və hərəkatlarına ən çox töhfə verən ölkələrdən biriyik” ifadələri keçir.