Vilyam Hacıyevin varidatı ilə bağlı – ŞOK siyahı yayıldı

HADİSƏ Hit
Spread the love
Dövlət Təhlükəsizlik Xidmətinin İmişli Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirdiyi barədə məlumat yayılıb. Yenisabah.az xəbər verir ki, əməliyyat nəticəsində icra başçısı Vilyam Hacıyevin saxlanıldığı bildirilir.
Vilyam Hacıyev İmişli də daxil 3 rayona rəhbərlik edib. O, 2004-2006-cı illərdə Göyçayın, 2006-2012-ci illərdə Samuxun, 2012-ci ildən bu günə qədər isə İmişlinin icra başçısı olub. Vilyam Hacıyev ən çox tənqid edilən icra başçılarındandır. Mətbuat vaxtaşırı onun qanunsuz əməlləri barədə yazıb.
O, bir müddət əvvəl kirayədə yaşadığını bildirmişdi.
Bundan sonra sosial-şəbəkələrdə Vilyam Hacıyevin varidatının siyahısı yayılmışdı. Həmin siyahını təqdim edirik:
Bakıda, Həsən Əliyev küçəsində villa
Bakı, “Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil
Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil
Bakı, Teymur Əliyev küç. “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villa
İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil
Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil
Dubayda milyonluq biznesi
Qazaxıstanda tikinti biznesi
İmişli, Daşkəsən, Gəncə, Samux , Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.
Bundan başqa, Vilyam Hacıyevin Nərimanov Rayon Prokurorluğunda çalışmış Məhəmməd Hacıyevin avtomobil kolleksiyası da var:
10-PP-369 dövlət nömrə nişanlı “Bentley”
Eyni nömrə nişanlı “Land Rover”
90-AA-369 dövlət nömrə nişanlı “Mercedes S class”
Həmçinin son model “Mercedes Gelandewagen”
Taryel İbrahimli,
DünyanınSəsi.Az