“Veysəloğlu” şirkəti külli miqdar vergidən yayınır? – İDDİA

Manşet QALMAQAL
Spread the love

Bəlkə də “ Veysəloğlu” Şirkətlər Qrupu ilə bağlı Gundelik-Baku olaraq təkrar-təkrar yazmağımız şirkətin prezidenti Aydın Talıbovu barəmizdə müxtəlif gümanlara, fərziyyələrə yönəldir.
Cənab Talıbov!
Məşhur məsəldə deyilir ki, sən pis əməlindən əl çəkmirsənsə, mən nə üçün yaxşı əməlimdən əl çəkməliyəm. Ona görə də, biləsən ki, siz öz işinizdə müsbətə doğru dönüş yaratmayınca bizim yazılar da davam edəcək.
Axı, özünüz də deyirsiniz ki, 2015-ci ildən sonra qərar verdik ki, qapalılıqdan çıxmalıyıq, çünki istəyirik bizim haqqımızda yanlış yox, doğru məlumatlar verilsin.
Çox gözəl.
Bəs nə üçün 2015-ci ilə kimi qapalı idiniz ?
2015-dən sonra nə baş verdi ?
Deyirsiniz ki, istəyirik ki, haqqımızda yanlış məlumat verilməsin. Yenə çox gözəl. Bunun üçün sizin fəaliyyətiniz şəffaf olmalıdır ki, haqqınızda yanlış deyil, doğru məlumatlar yazılsın.
Siz özünüz deyirsiniz ki, hazırda 17 min işçimiz var.
Niyə cəmiyyətə demirsiniz ki, bu işçiləri 10 saat işlədirsiniz.
Niyə demirsiniz ki, bu işçilər kağız üzərində nə qədər, real olaraq nə qədər maaş alır.
Niyə demirsiniz ki, “qara mühasib”liyə görə, təkcə əmək haqlarından nə qədər gizlədib vergidən yayınırsınız ?
Niyə demirsiniz ki, Veysəloğluna məxsus “Ulduz” fabrikində istehsal olunan şokoladın içindən qurd çıxıb ?
Cənab Talıbov !
Niyə prezidenti olduğunuz şirkətə məxsus marketlərdə satılan məhsulların iki qiyməti olur: Biri vitrindəki qiymət, biri də kassada hesablanan qiymət. Bunların arasındakı fərqi bilirsən ?
Niyə marketlərinizdə satılan dəniz məhsullarının, balıqların istifadə müddəti keçsə də müştəriləri zəhərləyirsiniz.
Buyurun sizə məxsus Araz marketlərində məhsulların istifadə müddətinə baxın və nəticə çıxardın.
Bunlar yalandırmı ?
Deyirsiniz ki, təkcə “Araz” və “Oba”nın ikisinin bir yerdə birgünlük müştəri sayı 640 min nəfərə çatır.
Bu 640 min müştərinin neçəsinin, neçə faizinin narazı olduğunu bilmək üçün niyə adı sorğu keçirmirsiniz ?
Cənab Talıbov !
Bütün dünya koronavirus bəlası ilə mübarizə aparır.
Amma sənin prezidenti olduğun marketlərdə əhalinin pik vaxtı 5-6 kassadan cəmi 2-si, ən yaxşı halda 3-ü işləyir. Bu isə birbaşa xəstəliyin yayılması deməkdir.
Ancaq qayda belədir ki, 1 kassada 5 nəfər varsa, avtomatik digər kassa işə düşməlidir.
Bəs bu qaydaları niyə pozursunuz ? Həm də pandemiya vaxtı.
Özünüz deyirsiniz ki, Veysəloğlunun müxtəlif şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçib. Onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları.
Bəs niyə bu günədək bircə dəfə də olsun Əmək Müfəttişliyi şirkətdə əmək qanunvericiliyinin pozulması ilə bağlı monitorinq keçirməyib. Əmək müqavilələrinin olub-olmaması ilə maraqlanmayıb. Niyə ?
Ötən il Dövlət Vergi Xidməti Veysəloğlu Şirkətlər Qrupuna nə az, nə çox – 2 milyon manat maliyyə sanksiyası tətbiq etmişdi. Buna səbəb olaraq şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilirdi.
Bunun axırı nə oldu, cənab Talıbov ?
Bunu da Gundelik-Baku edib ?
Deyirsən, bunu yazmayaq ?
Biz sizin barənizdə nə yazırıq ki ?
Yazdıqlarımız problemlərin cüzi bir hissəsidir ee…
Bu sualları istədiyimiz qədər uzada bilərik ee…sonsuzluğa qədər.
Yaxşı, bütün bunları qoyduq bir kənara.
Bəs, şirkətinizin maliyyə müdiri Nüsrət müəllimin əməllərini hara yazaq, cənab Aydın Talıbov ?
Maliyyə bosu Nüsrət müəllim olan şirkətin halı uzaqdan bəllidir.
Sizin sağ əliniz olan Nüsrət müəllim dəyəri 100 milyonlarla ölçülən obyektlərini, otel və istirahət mərkəzlərini hansı pulla əldə edib ?
Maliyyə bosunuz Veysəloğludan nə qədər maaş alır ?
Bəlkə, dövlət sirridir demirsiniz..
Bəlkə, Nüsrət müəllimin , aylıq 20 min manat məvacibinə aydınlıq gətirsiniz. Nüsrət müəllim, həmin maaşdan nə qədər vergi verir ?
Nüsrət müəllimin “28”dəki dəyəri 50 milyon olan otelində olmusunuzmu, Aydın Talıbov ?
Bəlkə, Amburandakı, dəyəri 80 milyon olan obyektində olmusunuz ?
Nüsrət müəllim bu obyektlərini və villalarını banka qoyub, pul götürüb nə etmək istəyir ?
Heç maliyyə müdirinizdən soruşmusunuzmu, hansı ölkəyə qaçmaq istəyir ? 
//gundelik-baku.com//