Vətənpərvərlər müharibədə ölür, məmurlar onların qan pullarını yeyir

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Korrupsiyaya uduzan Ukrayna…

Ukraynada bir gündə Prezident Aparatı (Ofisi) rəhbərinin müavini Kiril Timoşenko, müdafiə nazirinin və baş prokurorun müavinləri də daxil olmaqla ümumilikdə dörd nazir müavinin, həmçinin hazırda müharibənin beş ən kritik regionun rəhbərinin (Kiyev, Sumı, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətinin) “korrupsiya və məsuliyyətsizlik” ittihamı ilə işdən çıxarılmasının Zelenski hakimiyyətində ciddi böhran yaradıb-yaratmayacağını indidən demək olmaz. Amma 11 aydır davam edən müharibədə bu, ilk istefa dalğası olduğuna görə diqqətdən kənarda qala da bilməz.

Ukrayna məmurlarının reputasiyası heç vaxt təmiz olmayıb, bu ölkədə prezident Kuçmanın korrupsiya əməllərindən yazdığına görə araşdırmaçı-jurnalist Georgi Qonqadzenin başını da kəsiblər, Yuşşenkonun hakimiyyətə gedən yolunu əngəlləmək üçün onu zəhərləyiblər də. Ukrayna korrupsiya girdabından xilas etmək üçün Avropa cəhdlər etdi, amma gördülər ki, “bu həna o hənadan” deyil. Yəni Zelenskidən əvvəl də bu ölkə korrupsiya hesabatlarında “öndə” olub, indi də elədir…

2014-cü ildən sonra isə Ukraynada korrupsiyanın səviyyəsi daha da artıb, çünki Avropa və Amerika bu ölkəyə külli-miqdarda maliyyə axıdıb.

1614577565_941b74b0ab6f825bf1444455220df7001614575629-photo.jpg (90 KB)

Avropa öz dəyərlərinə zidd olaraq hətta radikal millətçiliyin – bədənlərinə Hitler Almaniyasının svastikalarını döymüş təşkilatların böyüməsinə, dövlət strukturlarına yerləşməsinə də para xərcləyib, bu pulların heç bir hesabatı da yəqin ki, aparılmayıb. Niyə pullar Ukraynaya axıdılıb, səbəbi bu gün hamıya məlumdur.

Başqa korrupsiya pulları da olub, məsələn, Baydenin oğlu Ukraynada girmədiyi kol qalmayıb, indi də atası Ukraynaya fantastik məğləğdə pullar göndərir. Avropa da onun kimi… Ölkənin iqtisadiyyatı, sənayesi iflicdir, məvacibləri də xaricdən göndərilən pullarla verilir. Ukraynaya pul elə axır ki, Zelenskinin üç başı olsa belə onlara nəzarət edə bilməz. Kimin əli çatırsa, vicdanı yol verəcəksə, oğurlayacaq. Həm də o yerdə ki, müharibə gedir. O müharibə ki, həm də öz hesabına deyil, pul da, silah da, sifariş də xaricdən gəlir. İndi bu pullara əl uzatmamaq üçün gərək ya fanatik vətənpərvər olasan, ya da bağışlayın, dəli…

ukrayna_111.jpg (74 KB)

Ukraynada vətənpərvərlər cəbhədə həlak olur, məmurlar isə onların qanı bahasına pulları basıb yeyirlər. Burda bir incə nüans da var. Bu, Ukraynın müharibəsi deyil, o korrupsiya quzğunları da bunun fərqindədirlər. Zelenski Ukraynaya göndərilən təkcə pulların hesabını oturub verəsi olsa, ona aylar lazım olar. Ukrayna xalqının da ondan pul hesabatı tələb etməyə halı yoxdur. Çünki müharibə başlayan il dövlət büdcəsinin gəlirləri 1 trilyon 84 milyard 37 milyon, büdcəsinin xərcləri isə 1 trilyon 320 milyard 152 milyon 623 min qrivlin olmalı idi. 2022-nin sonunda isə Ukrayna maliyyə naziri bildirib ki, fevraldan bəri Ukrayna xarici tərəfdaşlardan təxminən 31 milyard dollar kredit və ya qrant alıb! Bu nağd və ya nağdlaşdırılan pullardır. Silahlara xərclənən və digər xərclər buraya daxil deyil.

Zelenski.jpg (63 KB)

Müharibənin içərisində olan bir ölkənin hakimiyyətində bu cür ayrılmalar, istefalar, hətta xəyanət belə mümkündür. Bəzi məmurların istefa ərizələrini sosial şəbəklələrdə nümayişkarə yaymaq cəsarəti görünür, hakimiyyət üçün gözlənilməz olub. Bu hakimiyyətdaxili dalğalanmada əslində kimin istefa verdiyi, kimin işdən qovulduğu tam aydın deyil. Bilinən odur ki, yanvarın 24-də Ali Rada onların hamısını istefaya göndərib.

Əslində, hələ avqust ayından Qərb mediasında Zelenski və ətrafının korrupsiyası ilə bağlı materialları dərc edilməyə başlamışdı. Xüsusi səlahiyyətləri olan Timoşenkonun korrupsiya sxemi haqda da yazılırdı. Vəzifədən ayrılan vilayət rərhbərli məhz Timoşenkonun qurduğu tikinti maxisinasıyasında külli-miqdarda vəsait mənimsəyib. Britaniyanın “The Telegraph” qəzeti isə yazmışdı ki, ukraynalı yaralılar üçün göndərilən dərmanlar apteklərdə bazar dəyərindən 40 faiz baha qiymətə satılır. Bu hələ aysberqin görünən tərəf idi, əlbəttə hakimiyyətin dərinliklərində korrupsiya daha yüksək səviyyədə olduğuna şübhə yoxdur. İndi istefaya gedənlər zəif fiqurlardır, həlledici məmurlar deyillər. Rusiya bu mövzuya əlbəttə ki, diqqət edir, amma bu ayrılmalardan onlarda “çörək çıxmayacağının” da fərqindədirlər.

buca-89890147.jpg (330 KB)

Zelenski əlbəttə ki, ölkənin qanuni prezidentidir. Ətrafdındakılar da özünə ən yaxın adamlardır. Bu istefaları batan gəmini tərk edən dənizçilərin hərəkətinə də bənzətmək də tezdir. Amma Zelenski bir gün “kapitan” kimi bunların hesabını verməli olacaq. Qələbə qazansa belə, ölkədə müharibə dövründə baş verənlərə görə bir gün ondan çox şeyi soruşacaqlar.

fot.jpg (149 KB)

Zelenskindən günlərin birində Qazıyevsayağı “ Donbas gedərsə, başıma bir güllə vuracağam” vədini eşitsək, sonra da vədinə əməl etsə, və ya vəlvələdən-zəlzələdən başına bir iş gəlsə, Ukrayna başsız qalmayacaq. Düzdür, əsas qəhrəman oyundan çıxandan tamaşa əvvəlki cəlbediciliyini itirir, amma davam qərarı varsa, oyunçu həmişə tapılacaq.

Ukrayna korrupsiya savaşında uduzub, inşallah o biri savaşda qazanar. “Leopard” tankları artıq Ukraynaya doğru yola çıxmaq üzrədir. Şarl Mişelin yaxın həftələrdə Ukrayna üçün həlledici olacağı ilə bağlı dedikləri isə yalnız sözdür. Söz pul deyil ki, onu “yediyinə görə” səni işdən qovalar…

Dünyanınsəsi.Az