
Vəkillər Kollegiyasının üzvü 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizəd oldu
Bu il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.
Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyini irəli sürüb.DunyanınSesi “Manevr.az”- a istinadən bildirir ki, artıq onun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla bərabər, “Qarabağa Qayıdış” İctimai Birliyinin təsisçisidir.
Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla bərabər, “Qarabağa Qayıdış” İctimai Birliyinin təsisçisidir.