“Vəkil Əziz Qənbərov “AĞA AĞ, QARAYA QARA” deməyi bacaran insandır”

Hit REDAKSİYA SEÇİMİ
Spread the love
“Hər bir Vəkildə Ədalət hissi olur. Ancaq Vəkil Əziz Qənbərovda olan Ədalət daha çoxdur. O hər zaman Ədalətli olması ilə fərqlənib. Etirazını da, tərifini də Ədalətli şəkildə edib. Qarşısındakına Şəxsi münasibətlərinə görə deyil, Ədalət ilə davranr.”
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov.
08.05.2021-ci il.
Bu gün bu sözləri mənim barəmdə hörmətli Anar müəllim “AZƏRBAYCAN VƏKİLLİYİNİN 100 İLLİYİ (1919-2019)” YUBLEY DÖŞ NİŞANINI təqdim edərkən bildirdi. Həm barəmdə bildirdiyi xoş fikirlərə, həm də mənim də əməyimə qiymət verdiyinə görə hörmətli sədr Anar müəllimə, eyni zamanda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bütün üzvlərinə, bir sözlə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.
Mən dəfələrlə, xüsusən də Vəkillər Kollegiyasından xaricedilmə ilə bağlı məsələlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarlarını tənqid etmişəm. Yaxşı işlərini də tərifləmişəm. Mənim düşüncəmdə də elə Ədalət məhz budur. Loru dildə desək “AĞA AĞ, QARAYA QARA” deməyi bacaran insan Ədalətli insandır. Şəxsi münasibətlər Sənin ədalətinə kölgə salmamalıdır. Salarsa həyatda uğur qazana bilmərsən.
Məni tanıyanlar səmimiyyətimə inanacaqlar, tanımayanlar da inşallah inanarlar. Heç bir vəzifənin, mükafatın arxasınca qaçmamışam. Qazandığım hər nə varsa gördüyüm işlərin nəticəsində surpriz qərarlarla olub. Məhz bu DÖŞ NİŞANI da surprizlər sırasındadır. Əslində özümü hər hansı vəzifəyə və ya mükafata layiq bilməməyimdən irəli gəlmir bu fikrim. “ÖZÜM ƏDALƏTLİ OLARAMSA, GEC-TEZ BARƏMDƏ ƏDALƏT TƏCƏLLİ EDƏCƏKDİR” inancın(m)dan irəli gəlmişdir özümə qarşı olan bu hərəkətsizliyim.
Həyatda qazandığım uğurlara görə ilk öncə Valideyinlərimə, Müəllimlərimə və mənimlə birlikdə yol gedən insanlara borcluyam. Mənim uğurlarım Onların uğurlarıdır.
Bir daha Valdeyinlərimin və Müəllimlərimin qarşısında baş əyirəm.
P.S: “Ədalət olmayan yerdə Mərhəmət də olmaz”. Sultan Süleyman Qanuni.