Ukraynadakı müharibəni NATO-nun müdaxiləsi olmadan dayandırmaq olmayacaq – ABŞ ordu generalı

DÜNYA Hit
Spread the love

Ukraynaya hərbi köməyin son tranşı kiyayət qədər olmayıb, Ukrayna əhəmiyyətli dərəcədə silahsızdır. NATO üçün anlamaq lazımdır – ya Alyans müəyyən edilmiş ərazilərərdən kənara çıxır, ya da öz fəaliyyətini dayandırır.

Belə mövqeyi ABŞ-ın Müttəfiq qüvvələri və NATO qüvvələrinin keçmiş komandanı (1997-2000) Uesli Klark Rusiya-Ukrayna cəbhəsində hadisələrin hazırkı vəziyyəti barədə səsləndirib («Amerikanın səsi»).

İstefada olan generalın sözlərinə görə, Rusiyanın təcavüzünü dayandırmaq üçün NATO-nun birbaşa müdaxiləsi qaçılmazdır.

«Baş katib Yens Stoltenberqin bu gün dəstək qazanmış bu ideyası köhnənin «nəzəriyyəsi»dir – əgər birbaşa hücum olmasa, bu ideya 90-cı illərin qalığıdır. Qazanılmış dərslərə qayıtmağın vaxtıdır, NATO müdaxilə etməlidir. Gəlin bunu rəsmi qaydada elan edək və rusiyalılara atəşi dayandırmağı əmr edək. Müharibəni NATO-nun müdaxiləsi olmadan dayandırmaq mümkün deyil» – Klark qeyd edib.

Dunyaninsesi.Az