Skip to content
Ukraynada psixonevroloji internatın binasında baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.
Bildirilib ki, hadisə Ukraynanın Luqansk vilayətində qeydə alınıb.
Hadisənin səbəbi araşdırılır.