Ukraynada hər kəsin satqın bildiyi adam əslində ölkəni xilas edibmiş – Sensasion məlumatlar

DÜNYA Hit
Spread the love

Ukrayna kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinin işğal əmri haqda məlumatı ukraynalı maliyyəçi Denis Kireyevdən alıb. O, ötən il fevralın sonunda Rusiya-Ukrayna danışıqlarında iştirak edib və həmin ilin mart ayının əvvəlində Kiyevdə müəmmalı şəkildə öldürülüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü “The Wall Street Journal”da dərc olunan “Rus casusu və ya Ukrayna qəhrəmanı” məqaləsində bəhs olunub. Qəzetin jurnalistləri Ukrayna və ABŞ-ın rəsmi şəxsləri, xüsusi xidmət orqanlarının nümayəndələri, həmçinin Kireyevin qohumları ilə söhbətdən sonra bu qənaətə gəliblər.

Без названия.jpg (10 KB)

“WSJ”nin məlumatına görə, 45 yaşlı bankir Denis Kireyev Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanova Kiyevi ruslardan qorumağa kömək edən məlumatları verib. Kireyev Budanova fevralın 23-də Vladimir Putinin Ukraynaya müdaxilə əmri verdiyini deyib. Bundan əlavə, o, hücumun əsas hədəfinin – Kiyev yaxınlığındakı Antonov hava limanı olduğunu da çatdırıb. Rusiya komandanlığı Ukrayna paytaxtına hücum etmək üçün qoşun və texnikanı ora köçürməyi planladırırmış. Ötən ilin fevralın 24-də Rusiya hərbi helikopterləri buraya einblər. Budanovun sözlərinə görə, Kireyevdən aldığı məlumat sayəsində aerodroma əlavə qüvvələr köçürülüb. Şiddətli döyüşlərdən sonra aerodromdan rusların Kiyevə hücum üçün tramplin kimi istifadə etmək mümkün olmayıb. “Kireyev olmasaydı, çox güman ki, Kiyev alınardı”, – deyə Kiril Budanov qəzetə bildirib.

Daha sonra Budanov Kireyevi Ukrayna nümayəndə heyətinin tərkibində Belarusda Rusiya-Ukrayna danışıqlarında iştirak etməyə dəvət edib. Çünki onun Rusiya nümayəndə heyətinin iki üzvü ilə tanışlığı varmış. Kireyev Ukrayna nümayəndə heyətinin tərkibində görünməsinin riskli olacağını deyib və əvvəlcə danışıqlarda iştirak etmək istəməyib, lakin daha sonra oraya getməyə razılıq verib. Burada görünəndən sonra onun Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsi hamıya bəlli olub.

99.jpg (54 KB)

Danışıqların ikinci raundunun keçirildiyi gün, martın 5-də Denis Kireyev Belarusa səfərdə iştirak etməli olan mühafizəçiləri və hərbi kəşfiyyat agentləri ilə birlikdə Kiyev dəmir yolu stansiyasına gedib. O, mühafizəçilərinə həbs olunacağı təqdirdə müdaxilə etməmələrini tapşırıb.

Kiyevin mərkəzində Ukrayna Təhlükəsizlik Xidmətinin agentləri olan bir neçə avtomobil Kireyevin avtomobilinə müdaxilə edib. Onun mühafizəçiləri zərərsizləşdirilib, ukraynalı iş adamını mikroavtobusa mindirərək naməlum istiqamətə aparıblar. Təxminən saat yarım sonra Kireyev ölü olaraq tapılıb.
Ukrayna mediası həmin vaxt onun vətənə xəyanətdə şübhəli bilindiyini yazıb. Bununla belə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QRU) Kireyevin öz işçisi olduğunu və “xüsusi tapşırığı” yerinə yetirərkən həlak olduğunu bildirib. Denis Kireyev qəhrəman kimi dəfn edilib. Ukrayna prezidenti Vladimir Zelenski onu “dövlət suverenliyinin və dövlət təhlükəsizliyinin müdafiəsinə müstəsna töhfəsinə görə” ölümündən sonra medalla təltif edən sənədləri imzalayıb.

Bu cür qətlləri araşdıran Ukrayna Dövlət İstintaq Bürosu “WSJ”nin suallarını cavablamaqdan imtina edib. Həmçinin, UTX-nin əks-kəşfiyyatının rəhbəri Aleksandr Poklad da şərh verməkdən boyun qaçırıb. Budanovun sözlərinə görə, Belarusdakı danışıqlardan bir gün əvvəl Kireyevə Pokladin ofisindən zəng edilib.

WSJ”nin yazdığına görə, növbəti aylarda Kiyev hakimiyyəti öz xüsusi xidmətlərində rus agentlərini axtarıb. Ötən ilin iyul ayında Vladimir Zelenski UTX rəhbəri İvan Bakanov və baş prokuror İrina Venediktovanı işdən çıxarıb. Zelenski onların işdən çıxarılmasını dövlətə xəyanət işi ilə izah edib. Ukraynada dövlət qulluqçuları ilə bağlı 650-dən çox dövlətə xəyanət işi başlanıb.

Dunyaninsesi.Az