Türkiyəyə naməlum obyekt düşdü – Video

HADİSƏ Hit
Spread the love
Türkiyənin Trabzon şəhərinə meteoritin düşməsi ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb.
Dünyanınsəsi.az xəbər verir ki, yerli vaxtla 20:35-də qeydə alınan videoda bir anda hər tərəfin işıqlandığı görünür.
Sakinlər iddia edir ki, yerə nəhəng meteorit düşüb.
***
Trabzon Jandarm İdarəsi bölgəyə meteorit düşməsini təsdiqləyən hər hansı faktın olmadığını bildirib.
Sözügedən naməlum obyektin yerə düşməsi qonşu bölgələr – Ağrı, Ərzincan, Ərzurum, Van, Artvindən də görünüb.
Bildirilir ki, cisim yerə düşən zaman göy gurultusuna bənzər güclü səs eşidilib, ardınca göy üzündə tüstü qatı əmələ gəlib.
Olayla bağlı araşdırma aparılır.
***
Meteorologiya üzrə türkiyəli mütəxəssis Mikdat Kadıoğlunun sözlərinə görə, düşən obyekt kosmik tullantı da ola bilər.