Türkiyənin müdafiə naziri Suriya ilə sərhədə gedib

DÜNYA Manşet
Spread the love


Türkiyənin müdafiə naziri Hülusi Akar Suriya sərhədinə gedib.
“Anadolu” bildirir ki, o, Suriyanın şimal-qərbindəki vəziyyəti müzakirə edib, daha sonra Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin müşayiəti ilə sərhəd bölgəsinə gedib.
Virtualaz.org xatırladır ki, ötən gecə Bəşər Əsədə sadiq qüvvələrin hücumu nəticəsində Türkiyə Ordusunun 4 əsgəri şəhid olub, 9 nəfər isə yaralanıb.
Türkiyə bu hücumun cavabını artıqlaması ilə verib. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Əsəd rejiminə 46 zərbə endirilib, nəticədə qarşı tərəfin 35 hərbçisi məhv edilib: “İstər “Fırtına” haubitsaları, istərsə də F-16-larla təyin olunan nöqtələrə zərbələr davam edir”.