Türkiyədən Yunanıstana keçən miqrantların sayı 138 mini ötüb

Hit QALMAQAL
Spread the love

Türkiyə rəhbərliyi tərəfindən Avropa İttifaqı istiqamətində sərhədlərin açıldığı gündən indiyədək təxminən 138 min 647 miqrant ölkə ərazisini tərk edib.

DunyaninSesi.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Avropaya getmək istəyən köçkünlər Meriç çayı üzərindən Yunanıstana keçməyə davam edirlər. İki ölkə arasındakı 212 kilometrlik sərhədin 200 kilometrini təşkil edən Meriç çayı miqrantların ən çox istifadə etdiyi keçid nöqtəsidir.

Miqrantlar, eyni zamanda, Türkiyənin “Pazarkule” keçid məntəqəsinə də axın edirlər.