Türkiyədə ötən ay ev alan azərbaycanlıların sayı 30% azalıb

İQTİSADİYYAT
Spread the love
Bu ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 125 mənzil alıb.
DunyaninSesinin  Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 52 mənzil və ya 29,4% azdır.
Bu ilin yanvar-oktyabr ayları ərzində isə Azərbaycanın 954 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 14 mənzil və ya 1,5% çoxdur.
Qeyd edək ki, ümumilikdə oktyabr ayında 4 311 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2018-ci ilin eyni ayı ilə müqayisədə 2 016 ədəd və 31,9% azdır.