Türkiyədə güllələnən azərbaycanlı iş adamı öldü

HADİSƏ Hit
Spread the love

Türkiyədə Azərbaycanlı iş adamı Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadənin qardaşı Nihad Əliyev Türkiyyədə otellərin birində üç qız rəfiqəsi ilə birlikdə istirahət edərkən başından güllələnib.

Dünyanınsəsi.Az Türkiyə mediasına  istinadla xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Digər məlumata görə, Nihad Əliyev intihar etməyib. O, oteldən çıxarkən naməlum şəxslər tərəfindən güllələnib.

Qeyd edək ki, Türkiyə mediası ötən gün yerli vaxtla saat 23:00-da İstanbuldakı lüks otellərdən birində 3 qızla əyləndikdən sonra azərbaycanlı iş adamı Nihad Əliyevin tapançadan başına atəş açaraq, intihara cəhd etdiyini yazıb. O, özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.

N.Əliyevin otelə digər 5 yoldaşı ilə birgə gəldiyi bildirilir.

Əylənmək üçün dəvət edilən 3 qızın ifadələri alınıb.