Türkiyədə bütöv kənd yanır – FOTO+VIDEO

DÜNYA Hit
Spread the love

Türkiyənin şərqində yerlşən Artvin vilayətinin Yusufeli qəsəbəsinin Dərəiçi kəndində çoxsaylı evləri əhatə edən güclü yanğın başlayıb.

Dünyanınsəsi.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Qara dəniz bölgəsində yerləşən dağətəyi ərazidə yerləşən 170 evli kənddə başlayan yanğın digər evlərə də sıçrayıb.

Artvin valiliyi ilə yanğının kəndin böyük hissəsini təhdid edən ölçüdə olduğunu bildirib və bunu fəlakət adlandırıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. Yanğınsöndürən helikopter tələb olunub.

Hazırda bu istiqamətdə iş aparılır. İnsan tələfatı yoxdur.