
Türkiyədə 457 milyona ada almaq istəyən azərbaycanlılar kimdir? – Fotolar
Türkiyədə ümumi dəyəri 457 milyon lirə olan 4 ada və 1 yarımada internet üzərindən satışa çıxarılıb.
Avropa.info xəbər verir ki, adalardan 3-ü Egey və Aralıq dənizində, 1 yarımada və 1 ada isə Bursanın Ulubat gölündədir.
Adaların alınması üçün alıcılar tərəfindən təkliflər verilib. Adaları almaq istəyənlər arasında azərbaycanlı investorlar da var. Rusiya, İran, Səudiyyə Ərəbisitsanı, Azərbaycan, Qətərdən olan alıcılarla yanaşı, adaları satın almaq istəyən Türkiyə investorları da təkliflər verib.
Ancaq təkliflər istənilən dəyərə yetişmədiyi üçün adaların satışı gerçəkləşməyib.
Adalar arasında ən aşağı qiyməti 17 milyon lirədən olan Bursanın Karacabey məhəlləsindəki Uluabat Gölü, Eskikaraağaç kəndindən 2 kilometr uzaqlıqda 45 min kvadrat metrlik bir adadır. Sahibi Nedim Bulut tərəfindən satışa çıxarılan adada 500-ə yaxın zeytun ağacı var. 82 il ərzində Bulut ailəsinə çox sayda təklif verilib, lakin satış istənilən dəyərə yetişmədiyi reallaşmayıb. İnşaatın qadağan olunduğu adada yalnız taxta konstruksiyalı tikililərə icazə verilir.
Ən bahalı ada isə Muğlanın Marmaris mahalında 31 min kvadrat metrlik Karaca adasıdır. Adanın satışa çıxarılan qiyməti 145 milyon lirədir.



