Bu gün Moskvada Liviyada savaşan iki tərəf – Faiz Sərrac və general Xəlifə Həftər arasında atəşkəs imzalanacaq. Bazar günü saat 1-dən etibarən Liviyada atəşkəs elan olunub.
Moskva görüşündən əvvəl isə f.Sərrac İstanbula gedərək Türkiyə prezidenti ilə görüşüb. Bu gün Moskvada keçiriləcək prosesdə isə tərəflərlə yanaşı Rusiya, Türkiyə XİN rəhbərləri. Həmçinin Misir və BƏƏ nümayəndələri iştirak edəcək.
Liviyada atəşkəs çağırışını Türkiyə və Rusiya prezidentləri ötən həftə edib, əvvəlcə X.Həftər rədd etsə də. Sonradan atəşkəsə razılaşıb.
Qeyd etmək lazımdır ki, hazırda Liviyada savaşan iki tərəfdən birini – Faiz Sərrac hökumətini Türkiyə hökuməti dəstəkləyir, yanvarın 2-də Türkiyə Liviyaya Sərrac hökumətinə dəstək üçün qüvvə göndərməklə bağlı qərar qəbul edib.
Liviyada ikincə əsas qüvvə olan Xəlifə Həftərə isə BƏƏ, Misirlə yanaşı Rusiya dəstəkləyir. Həftər Rusiyada hərbiu təsir aldığı üçün Moskvanın onun üzərində ciddi təsiri var, üstəlik Həftərə 2 min nəfərə yaxın “Vagner” silahlıları yardım edir.
Beləliklə, hazırda Liviyada savaşan iki tərəfin arxasında Rusiya və Türkiyə var. Bu isə Suriya ssenarisini xatırladır. Rusiya və Türkiyə Suriyada rəqib olsalar da, faktiki olaraq prosesləri birgə idarə edirlər. Məhz bu birgəlik nəticəsində Türkiyə kürdləri, Rusiya isə Amerika qüvvələrinin Suriyanın şimalından çıxara bildi. İndi isə oxşar situasiya Liviyadadır. Türkiyə və Rusiya savaşan tərəflərə nəzarət etməklə faktiki olaraq ölkəyə təsir edir, ehtimal ki, Ankara və Moskva yaxın dövrdə atəşkəs və sülh danışıqlarını başlatmaq, bununla da Liviyanı ABŞ və Avropanın təsir dairəsindən çıxarmağı planlayırlar.
Bu Türkiyə və Rusiya üçün uğurlu gedişdir