Türkiyə Ukraynanı və “Krım platforması”nı dəstəkləyir

Hit SİYASƏT
Spread the love

Ukraynalı deputat Rustam Omarov və Krım Tatarları Milli Məclisinin üzvü Qəyanə Yüksəl Anadolu agentliyinə müsahibədə «Krım platforması»nı dəyərləndiriblər.

Bu barədə avqustun 9-da Rustam Omarov Türkiyənin «Daili Sabah» qəzetinə deyib: «Platformanın uzunmüddətli və son məqsədi – Krımı Ukraynanın nəzarəti altına qaytarmaqdan ibarətdir. Sammitin sonunda qətnamə imzalanması planlanır. Sənəddə Rusiya tərəfindən həyata keçirilən müvəqqəti işğalın doğurduğu problemlər əksini tapacaq… Krımın işğaldan azad olunması üçün beynəlxalq platformanın yaradılması bir çox ölkələr tərəfindən dəstəklənib, o cümlədən “Böyük yeddilər”in xarici işlər nazirlikləri tərəfindən. İştirakçıların siyahısı açıqlanmır, çünki Rusiya ölkələri təhdid və şantaj edir ki, onlar platformaya qoşulmasınlar… Biz, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Türkiyəyə təşəkkür edirik və Türkiyə rəsmi şəxslərinin sammitdə iştirakını alqışlayırıq. Qara dənizin təhlükəsizliyi məsələsində iki ölkənin ümumi maraqları var. Qara və Azov dənizləri gəmiçilik üzrə beynəlxalq hüquq və təhlükəsizlik fəaliyyəti altına qaytarılmalıdır. Krımda silahlandırma vəziyyətinin güclənməsi səbəbilə, bölgədə vəziyyət hər gün pisləşir və bu situasiya Qara dənizdən kənarda yerləşən ölkələr üçün problemə çevrilə bilər».

Qəyanə Yüksəl bəyan edib: «Krımdan çıxmış insanlar olaraq biz, platformaya başlanğıc kimi baxırıq. Bundan sonra gerçək fəaliyyət başlayacaq… Ukrayna diplomatiya yolunu seçib. Bundan çıxış edərək o, lazımi addımları atır və platforma bunun bir hissəsidir. Biz, gözləyirik ki, bir çox ölkələr platformaya qoşulacaq və son nəticədə Krımı azad edəcəklər…

Türkiyə qonşu ölkədir – bir tərəfdən, Krım tatarlarının qardaş xalqıdır – digər tərəfdən, o həm də Qara dəniz ölkəsidir və bu, Qara dənizin təhlükəsizliyi məsələsində əhəmiyyətlidir».