Türkiyə prezidenti Azərbaycanla bağlı daha bir VACİB SƏNƏDİ təsdiqlədi

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

Dünyanınsəsi.Az xəbər verir ki, Ərdoğanın imzaladığı qərara əsasən, Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.