Türkiyə İraqın şimalında PKK-dan təmizlədiyi bölgələrdə daha 7 baza qurdu

DÜNYA Manşet
Spread the love
Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına qarşı “Pəncə” əməliyyatlarını davam etdirir.
DunyaninSesi  xəbər verir ki, terrorçuların Türkiyəyə giriş yolları məhv edilərkən, Şırnak və Hakkari vilayətləri qarşısında yerləşən İraqın Sinat və Haftanin rayonlarının dağlıq ərazisində daha 7 baza yaradılıb.
Texniki cəhətdən ASELSAN tərəfindən təchiz olunan bazalarım ətrafında blokpostlar, içində isə konteynerlər var. Bazaların ətrafı təhlükəsizlik sistemi, kəşfiyyat-nəzarət cihazları, xəbərdarlıq sistemləri, atəş vasitələri ilə təchiz olunub. Bazalarda hərbçilərin yaşaması üçün yerlər nəzərdə tutulub.