“TÜRKİYƏ HƏM MASADA, HƏM DƏ ƏRAZİDƏ OLACAQ” – “Hər hansı bir “oldu-bitdi”dən söhbət gedə bilməz”

Hit QARABAĞ
Spread the love

“Türkiyə orda hardadır? Türkiyə işin dibindədir, həm masada, həm də ərazidədir. Orada hər hansı bir “oldu-bitdi”dən söhbət gedə bilməz”.

“Anadolu” Agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir: “Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur”.

H.Akar deyib ki, sabah Rusiyadan geniş bir heyət gələcək.

“Sabah Rusiyadan geniş bir heyət gəlir. Taktiki və texniki olaraq kim harada dayanacaq, kim nə edəcək bunlardan danışılacaq”, – deyə H.Akar bildirib.