Türkiyə Azərbaycanda hərbi baza qurur – Məşhur qəzetdən ŞOK İDDİA

Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Türkiyə Azərbaycanda hərbi aviasiya bazası quracaq.

Dünyanınsəsi.info xəbər verir ki, bu iddia ABŞ-ın “Vaşinqton Post” qəzetində yayımlanıb.

Türk ordusunun Aralıq dənizi və Suriyadakı fəaliyyətlərinin qələmə alındığı məqalədə bildirilib ki, paytaxt Bakıda baza qurulması həmləsi gündəmdədir və Türk ordusunun Azərbaycandakı hərəkətliliyi təsadüfi deyil.

Qəzet bildirir ki, Türkiyə Osmanlı İmperiyasından sonra ilk dəfə regional təsir bölgəsini bu qədər irəli səviyyəyə daşıyıb və genişləndirib.

Qeyd edilib ki, Türk ordusunun Suriyada həyata keçirdiyi əməliyyata I Dünya Müharibəsindən sonra ən böyük hərbi əməliyyat kimi tarixə düşüb. (publika.az)