Türk Ordusunun “Pəncə-Qılınc” əməliyyatında 89 hədəf məhv edilib, çoxlu terrorçu zərərsizləşdirilib- RƏSMİ

Hit REDAKSİYA SEÇİMİ
Spread the love

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında terrorçulara qarşı keçirdiyi “Pəncə-Qılınc” xüsusi antiterror əməliyyatı uğurla davam edir.

Dünyanınsəsi.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, birinci mərhələdə bu gün səhər saatlarında terrorçulara məxsus 89 hədəf məhv edilib, çoxlu terrorçu zərərsizləşdirilib:

“Hava əməliyyatı ilə zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının liderləri də var. Əsasən yerli və milli sursatların istifadə olunduğu əməliyyatdan sonra bütün təyyarələr sağ-salamat öz bazalarına qayıdıb” – məlumatda qeyd olunub.