“Türk Hava Yolları” İstanbul-Bakı reysi ilə bağlı üzr istədi

DÜNYA Hit
Spread the love

“Bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər”

 

İyul ayının çərşənbə və cümə günlərində icra edilməsi  planlanan və bu gün ləğv olan İstanbul – Bakı – İstanbul “Türk Hava Yolları”nın uçuşları bərpa olunub. “Dünyanın Səsi”  bildirir ki, bu barədə “Turk Hava Yolları”ndan məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər. Yaranmış olan bu narahatlıq səbəbi ilə “Türk Hava Yolları” sərnişinlərdən üzrxahlıq edir.