Tovuzda polis zabiti 17 yaşlı oğlanı maşınla vurdu

Kateqoriyasız
Spread the love

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“DunyaninSesi”  Gununsesi.org–a istinadən verdiyi xəbərə  görə, hadisə rayonun Dondar Quşçu kəndində olub.
Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi “KİA” markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.
Faktla bağlı araşdırma aparılır.
DunyaninSesi.AZ