Tofiq Yaqublunun məhkəməsində gərgin anlar

Hit QALMAQAL
Spread the love

“Avtobuslarda sıxlıq var, amma bu Operativ Qərargahı narahat etmir. Yalnız mənim prosesimdə bu Nazirlər Kabinetinin qərarı işləyir”.

Bunu bu gün, avqustun 28-də Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu özünün işi üzrə növbəti prosesdə deyib. Bu barədə Azadlıq Radiosuna onun yaxınları məlumat verib.

Onların qeyd etməsinə görə, bu sözləri o, zala jurnalistlərin və vətədaş cəmiyyətin nümayəndələrin buraxılması ilə bağlı şifahi vəsatətə hakim Nəriman Mehdiyevin imtina cavabından sonra dilə gətirib. Verilən məlumata görə, hakim bu mövqeyini koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabinetinin sixlığın yaranmaması üçün müvafiq qərarı ilə əsaslandırır. Məhkəmə iclasında daha sonra şahid ifadələri dinlənib.

Vəkillər vəsatətlər verib Prosesin gedişində vəkillər Tofiq Yaqublunun mobil telefonunda olan görüntülərə baxılması, hadisə günü şahidlərin mobil telefonlarının anten məlumatların müəyyənləşdirilməsi ilə bağlı mobil operatorlara müraciət edilməsi və müdafiə tərəfin şahidlərinin dindirilməsi ilə bağlı məhkəməyə vəsatətlər veriblər.

T.Yaqublunun yaxınlarının deməsinə görə, müşavirədən sonra hakim telefon görüntüləri ilə bağlı vəsatəti təmin etsə də, digər iki vəsatət təmin olunmayıb.

Tofiq Yaqublunun əsas vəsatəti hadisə baş verən ərazidəki kameraların görüntülərinə baxılması barədə olsa da hakim bunu təmin etməyib.

Bu isə Tofiq Yaqublunun hakimə sərt ifadələri ilə nəticələnib.

Hakimi ən ağır ifadələrlə ittiham edən Tofiq Yaqublu onu “saxtakar”, “Vicdansız” və “cinayətkar” adlandırıb

Növbəti məhkəmə prosesi sentyabrın 1-nə təyin edilib .

Dünyanınsəsi.info