“The New York Times”: Azərbaycanın Türkiyə ilə daha da yaxınlaşması erməniləri qorxuya salıb

DÜNYA Manşet
Spread the love

Ermənilər: “Xristian olduğumuza görə müsəlmanlar bizi hədəfə alıb”

Azərbaycana dünya səviyyəsində ciddi maraq yaranıb. Qarabağda əldə etdiyimiz möhtəşəm qələbə, obrazlı şəkildə desək, ölkəmizi məşhuri-cahan edib. Elə bu səbəbdən də ölkəmiz haqqında dünyanın ən ünlü media orqanları tez-tez fərqli materiallar verirlər. Bu kimi hallara nümunəsi sayıla biləcək növbəti məqaləni diqqətinizə çatdırırıq.

“The New York Times” qəzetində getmiş “After Nagorno-Karabakh War, Trauma, Tragedy and Devastation” (Dağlıq Qarabağ müharibəsindən sonra (qalan) travma, faciə və dağıntı) adlı məqalədən söhbət açacağıq. Bu məqalənin özəlliyi ondadır ki, materialı 2 jurnalist (Şarlotta Qoll və Anton Troyanovski)  və iki foto-müxbir (Mauricio Lima və Ivor Prikett) hazırlayıb. Özü də jurnalistlər azad olunmuş ərazilərdə olublar, konkret insanlarla söhbət ediblər. Yəni, məqalədə insan faktoru qabarıq verilib.

Amerika nəşri yazır ki, Azərbaycanın bu yaxınlarda Ermənistandan geri aldığı əraziyə daxil olmaq I dünya müharibəsini xatırladan viran qoyulmuş əraziyə səyahət kimi bir şeydir: “Tərk edilmiş xəndəklər və bunkerləri keçib gedirik. Xarabalığa çevrilmiş kəndlərdəki evlərin damları, qapıları, pəncərə çərçivələri sökülüb aparılıb. Bu ərazidə uzun müddət yaşayışın olmaması vahiməli görüntü yaradıb.

Vurulmuş erməni tankları və sıradan çıxarılmış zirehli texnika yolun kənarlarında və təpələrdə aydın görünür. Onlar Azərbaycanın pilotsuz təyyarələrinin dağıdıcı gücündən xəbər verir. Tərk edilmiş hərbçi geyimləri və avadanlıqlar Azərbaycan Silahlı Qüvvələri rayonun nəzarəti altına alarkən erməni əsgərlərinin təşviş (panika) içində geri çəkildiyini deməyə əsas verir. Bu rayon noyabrın əvvəlində Azərbaycanın nəzarətinə keçib.

Ətraf ərazilər Ermənistan tərəfindən ələ keçirildikdən sonra, vaxtilə 30 min nəfərin yaşadığı firavan kənd təsərrüfatı rayonu olan Füzulidə xaraba qalmış  binalar ağac və kol-kosun içində itib-batıb və buralar meşəliyə çevrilib. Şimalda yerləşən və daha böyük olan Ağdam şəhərinin aqibəti isə daha acınacaqlıdır. Düzənlikdə yerləşən bütün binalar və şəhərin əsas körpüsü dağıdılıb.

A neglected cemetery in Fizuli, in territories claimed by Armenia after the 1990s war.

“Veteran (qazi) döyüşçü olan 47 yaşlı Elməddin Səfərov Ağdamın dağıntılarına baxır. O, bu müharibədə 17 qohumunu itirib. “Erməniləri bağışlamaq mənim üçün çox çətin olacaq”, – o deyir. Azərbaycanın tərkibindəki etnik erməni anklavı olan Dağlıq Qarabağ münaqişəsi dünyanın ən həllolunmaz ərazi münaqişələrindən biridir. Altı illik müharibə 1994-cü ildə yekunlaşdı. Ermənistan yalnız Dağlıq Qarabağı deyil, həm də ətraf ərazilərin böyük bir hissəsini ələ keçirdi və 800 mindən çox azərbaycanlını zor gücünə həmin ərazidən qovdu”. Qəzet belə yazır.

Dağlıq Qarabağ və ətrafındakı 7 rayondan ermənilərin 800 min azərbaycanlını didərgin salması Azərbaycan oxucusu üçün köhnə söhbətdir. Ancaq “The New York Times” qəzetində bu faktın birmənalı şəkildə ortaya qoyulması bizim üçün son dərəcə önəmlidir. Çünki dünya ictimaiyyəti son dönəmlərdə xəbər tutub ki, özünü “zavallı və soyqırım qurbanı” kimi dünyaya sırıyan ermənilər əslində işğalçı imiş və onlar işğal etdikləri ərazilərdə etnik təmizləmə siyasəti aparıblar. Şübhəsiz ki, bu kimi faktların belə mötəbər tribunalardan deyilməsi ermənilərə olan münasibətdə ciddi dəyişiklik yaradır.

Məqalədə vurğulanır ki, tərəflər arasındakı müharibə Rusiyanın vasitəçiliyi ilə barışıqla sona çatdı. Altı həftəlik hərbi əməliyyatdan sonra Azərbaycan Ermənistanın ələ keçirdiyi ərazinin bir hissəsi olan Füzuli və Ağdam üzərində nəzarətə nail oldu. Dağlıq Qarabağın böyük bir hissəsi isə ermənilərin əlində qaldı. Hazırda rus sülhməramlıları həmin ərazilərdə keşik çəkirlər. Yeni yüzillikdə Avropada baş verən ən şiddətli münaqişə on illərlə davam edən dağıntılara yeni travma və faciələr əlavə etdi.

A taxi transporting refugees back home upon their arrival by bus in central Stepanakert.

“Dağlıq Qarabağ-travma, faciə, dağıntı”

Hər iki xalqın üzləşdiyi faciələrdən bəhs edən məqalədə deyilir ki, bu ərazilərdə məskunlaşmış erməni ailələr buranı tərk etmək zorundadırlar, onlar üçün bura itirilmiş vətəndir. Ermənilər üçün bura XXI əsrin qorxunc müharibə maşınından müdafiə olunarkən öldürülən minlərlə əsgər itkisidir. Azərbaycanlılar üçün Sovet İttifaqı dönəmində itirilən və dörddə bir əsr çəkən işğalın sonudur. O da aydındır ki, bu ərazilərin yenidən yaşayış üçün yararlı olması üçün illər lazımdır.
“Müharibə bitsə də hər iki tərəfin əsirlərlə qəddar davranışı, edam və baş kəsmək kimi vəhşilikləri əks etdirən videolar yayılmaqdadır və bu, ortada olan nifrət hissinin gələcək nəsillərə ötürülməsi deməkdir”, müəlliflər belə yazır.

Məqalədə ermənilərlə bağlı hissə də var. Qeyd olunur ki, cənab Səfərov vətənin işğalda qalmış ərazilərini geri almamışdan cəmi bir neçə gün əvvəl cəbhə xəttinin digər tərəfində, şimalda bir kənd yolunun kənarında gizlənmiş bir hərbi düşərgə vardı. Orada bəzilərinin yaşı 60-dan yuxarı olan erməni könüllüləri yer almışdı. Fərqli idman ayaqqabılarında, şlyapalı, sifətlərindən boşluq və solğunluq yağan erməni könüllü əsgərlər sükut və kədər içində komandiri dinləyirdilər. 63 yaşlı təqaüdçü polkovnik Artur Aleksanyan onlara evlərinə getmək vaxtının gəldiyini söyləyirdi.

“Hər şey hələ təzə başlayır”, – komandir yumşaq bir səslə deyir və söz verirmiş kimi söyləyir: “Əminəm ki, biz öz torpaqlarımıza dönəcəyik”.

Azerbaijani soldiers took a moment to pray at the mosque in Aghdam, the town’s only intact building.

Polkovnik Aleksanyanın döyüşçüləri deyir ki, Azərbaycanın “kamikadze dronları” dəhşət saçırdı. Onlar səmada süzərək vurmağa hədəf axtarırdılar. Hədəfi o qədər dəqiq vururdular ki, döyüş tanklarında olan erməni əsgərləri dronu görən kimi tankı atıb qaçırdılar. Təhlükəsiz yerə sığınmağa çalışırdılar. “Dronlar döyüş meydanını cəhənnəmə çevirmişdilər”, -döyüşçülərdən biri təkrar-təkrar deyir.

Məqalədən bəlli olur ki, polkovnik Aleksanyan 1990-ci illərdə qarnından yara alıb. Bu dəfə də döyüşə gəlib. Azərbaycanın piyada hissələrinin hücumundan sonra onun komandasında olan onlarla könüllü öldürülüb. Həlak olanların cənazəsi isə həftələrlə səngərlərdə qalıb. Üfunət iyindən səngərdə dayanmaq olmurmuş. Meyitlər müharibə başa çatana qədər ortalıqda qalıb.

A foggy morning last month in Stepanakert, the capital of Nagorno-Karabakh.

“Səhvlərimizi analiz etməliyik və səhvlərimizdən nəticə çıxardıqdan sonra geri dönəcəyik. Bütün dünya erməniləri arxamızda durur”, – polkovnik Aleksanyan deyir.

Müəlliflər bildirilər ki, ermənilər Sovet İttifaqının Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi etməsinə dair ilk qərarının tarixi bir səhv olduğuna inanırlar.

“Buralar cəhənnəmə dönüb”, – Azərbaycanın xəbər agentliklərindən birinin rəhbəri Ümid Mirzəyev deyir. Onun öz kəndi də məhv olan kəndlər arasındadır. “Əvvəllər buralar yaşıllığın içində itib-batırdı. Bu yerlər üzüm, pambıq, qoyunçuluq və əkinçiliklə məşhur idi”.

27 illik ayrılqdan sonra ilk dəfə Füzuli qəsəbəsinə qayıdan iki keçmiş sinif yoldaşı xaraba qalmış ərazidən keçmək üçün yol tapmaqda çətinlik çəkirdilər. “Yolu keçmək mümkün deyildi, çünki ağaclar və kol-kos yolları basıb”, – Atakşi Babayev deyir.
Onun yoldaşı Nurəddin Namazəliyev axır ki, evlərinə gedən yolu tapdı. Onun atası Məcnun Namazəliyev 50 il yerli “Araz” qəzetinin baş redaktoru işləyib və tez-tez oğlunu da özü ilə işə apararmış.

Azerbaijani drones devastated Armenian forces in this year’s war. An Armenian tank lies abandoned near the former front line in the Fizuli region.

Ancaq Nurəddin Namazəliyev köhnə evlərinə çatanda görür ki, tikilidən heç əsər-əlamət belə qalmayıb: “Evimi xatırladan kiçik bir hissə belə tapa bilmədim, nə bir şüşə parçası, nə də bir mismar qalmayıb”. Dədə-baba kəndimizdəki həyətdən bir az torpaq götürdüm ki, valideynlərimin məzarlarına səpim. “Bu, mənim üçün çox önəmlidir, çünki valideynlərim kəndimizə qayıda bilmədilər”,- o deyir.

Cənab Namazəliyev bildirir ki, Ermənistan silahlı qüvvələri tərəfindən hərbi əsir kimi saxlanılan əmisi oğlu Ağdamdakı evləri sökürmüş. Onu bu işi  görməyə məcbur edirmişlər. Qızılı rəngi ilə məşhur olan yerli daşları  satırmışlar.

Ağdamın 61 yaşlı İH başçısı Vaqif Həsənov qəzetin müxbirinə bildirib ki, şəhərdə yeganə salamat qalan bina XIX əsrdə tikilmiş məsciddir. Ermənilər məscidi murdarlayıblar, oradan tövlə kimi istifadə ediblər. “Türkləri və müsəlmanları aşağılmaq üçün belə ediblər”, – cənab Həsənov bildirir. “Ağdama yaşamağa qayıdan ermənilərə imkan yaradacaqsınızmı” sualına o, “xeyr” deyə qısa cavab verir.

Cənab Namazəliyevi ən çox üzən Füzuli şəhərinin və onun irsinin məqsədyönlü şəkildə məhv edilməsi idi. Qəzet və mətbəələr dağıdılıb, kinoteatr və mədəniyyət mərkəzi yox olub, şəhərin ən böyük Ələkbər məscidinin xarabası qalıb. Bəhərli üzüm bağlarını kökündən qopardıb atıblar.

Artur Aleksanyan, a retired Armenian army colonel, with his volunteer troops last month. “Everything is only beginning,” he told them. “I’m sure we will return to our lands.”

Məqalənin bu hissəsində isə yenidən ermənilərdən söhbət açılır. Ermənilər əmindirlər ki, onlar xristian olduqları üçün azərbaycanlılar tərəfindən hədəf alınırlar. Ermənilər Azərbaycanın Türkiyə ilə getdikcə daha yaxın ittifaqından qorxurlar. Türkiyə isə 1915-ci ildə başlayan erməni soyqırımını inkar etməyə davam edir.

The market in Stepanakert, which was damaged by shelling in the six-week war.

Ermənistanın ilk prezidentinin keçmiş müşaviri və Miçiqan Universitetinin erməni tarixi üzrə təqaüdçü professoru  Jirayr Liparidyan deyir: “Ermənilərin Azərbaycan hakimiyyəti altında yaşamaq istəmələri üçün elə bir səbəb yoxdur. Bu, idarəetmə yox, ermənilər üzərində ağalıq olardı”.

An Armenian soldier walking in a trench on the front line near Martakert in November.

Məqalənin sonunda daha bir həmyerlimiz məsələyə münasibət bildirir. 9 yaşında Şuşanı tərk etməli olan Teymur Hacıyev deyir: “Niyə biz əlimizə silah götürüb bir-birimizi öldürməliyik?” O, bu sualı ermənilərə ünvanlayır və deyir: “Biz arzu edirik ki, son olaylar ermənilər üçün yaxşı bir dərs olsun. Bəlkə bundan sonra onlar öz xülyalarını unutsunlar”.
Ermənilər öz xülyalarını unudarmı? Bu suala müsbət cavab vermək isə olduqca çətinidir.

Elbəyi Həsənli, Sürix

After Armenia-Azerbaijan War, Trauma, Tragedy and Devastation – The New York Times (nytimes.com)