TANINMIŞ RUS AKTYORDAN PUTİNƏ ETİRAZ – “Rusiyanın “torpaqlarımız” uğrunda mübarizəsindən yorulmuşam”

HADİSƏ Hit
Spread the love

Rusiyalı aktrisa Liya Axedjakova Rusiyanın başlatdığı müharibədən bezdiyini və Ukraynanın qələbəsindən sonra tez bir zamanda bu ölkəyə gəlmək istədiyini bildirib.

“Mən bu müharibədən o qədər yorulmuşam ki, heç nəyi şərh etmək belə istəmirəm. Rusiyanın bu xəyali böyüklüyündən, “torpaqlarımız” uğrunda mübarizəsindən yorulmuşam. Mən Putindən yorulmuşam. Sülh, mehribanlıq və əmin-amanlıq istəyirəm. Mən insanları sağ, salamat və şən görmək istəyirəm”, – Axedjakova “Instagram” səhifəsində yazıb.

Bundan əlavə, aktrisa qeyd edib ki, ukraynalılar hazırda iki cəbhədə vuruşurlar: “Öz ölkələrini müdafiə edir və Putin rejimini boğulmağa və zəifləməyə məcbur edirlər”.

“Dunyaninsesi.Az ”