Tanınmış jurnalist Aslan İsmayılovu darmadağın etdi – Video-film

HADİSƏ Hit
Spread the love

Tanınmış jurnalist Aygün Muradxanlı hüquqşünas Aslan İsmayılovun iddialarına cavan verib.

Musavat.com xəbər verir ki, A. İsmayılov illərdir ki, bir neçə jurnalisti özünə düşmən elan edib və onlarla “vuruşur”. Həmin jurnalistlərdən biri də Aygün Muradxanlıdır.

Dünən Aslan İsmayılov özünün Facebookdakı səhifəsində çıxış edərək, yenə də ləyaqətsiz bir tərzdə Aygün Muradxanlını və daha bir neçə jurnalisti təhqir edib.

Sanki ölkədə başqa problemlər yoxmuş, korrupsioner məmurlar Azərbaycanı, dövlət büdcəsini yeyib, dağıtmırlarmış, Qarabağda ermənilər və sülhməramlılar problem deyilmiş; milli və regional problemlərin başında Aygün Muradxanlı, Azər Həsrət, İbrahim Məmmədov, Tale Şahsuvarlı, Niyaməddin Orduxanlı adlı isimlər dayanırmış.

Aslan İsmayılov bu siyahıya “Yeni Müsavat” Media Qrupunun qurucusu Rauf Arifoğlunu da, ənənəvi olarq, əlavə edib…
Lakin onun son aylardakı əsas hədəfi Prime TV -nin qurucu rəhbəri Aygün Muradxanlıdır.

Xanım jurnalist Aslan İsmayılovun iddialarına cavab olaraq, onun haqqında həqiqətləri əks etdirən bir film hazırlayıb.
Həmin filmi təqdim edirik.

Dünyanıpnsəsi.Az