Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir

Hit REDAKSİYA SEÇİMİ
Spread the love

itburnu yağı yanıqların, dermatozların, trofik xoraların müalicəsində istifadə olunur. Uşaqlarda müxtəlif sıyrıntılar, kəsiklər və s. dəri zədələnmələri zamanı itburnu yağını təbii müalicəvi vasitə kimi istifadə etmək olar.

İtburnu sinir sisteminə də müsbət təsir edir, yaddaşı möhkəmləndirir.

İtburnu dəmləmə, çaylar, kisel şəklində istifadə olunur. Ən populyar vasitə itburnu dəmləməsidir. Lakin bu dəmləməni düzgün hazırlamaq lazımdır. Bu çox vacibdir. 1 xörək qaşığı itburnu üçün 1 stəkan qaynar su götürülür.

İtburnu yaxşı əzilir, termosa qoyulur, üzərinə qaynar su tökülür və 6-8 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni bir neçə dəfə tənzifdən yaxşı süzmək lazımdır ki, itburnunun içərisində olan nazik tükcüklər dəmləməyə düşməsin. Bu tükcüklər mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir.

Dəmləməni gün ərzində 1-2 stəkan miqdarında içmək olar. Dəmləməni 1-2 həftə ərzində qəbul edin, sonra 1-2 həftə fasilə verin və yenə qəbul edin.