Tərtərdə vəzifəli şəxs karantin qaydalarını pozdu – VİDEO

Əsas Manşet HADİSƏ
Spread the love

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında koronavirus pandemiyası dövründə tibbi maskadan istifadənin zərurətindən danışaraq qapalı məkanlarda bu qaydaya riayət edilməsinin mütləq olduğunu bildirdi. Eyni zamanda tibbi maskadan istifadə etməklə bu məsələdə istisna olmadığını nümayiş etdirdi. Bundan sonra vətəndaşlar arasında tibbi maskadan istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artdı. Hər kəs başa düşdü ki, qayda yalnız onlar üçün deyil. Lakin buna baxmayaraq, bəzi məmurlar bu qaydaya riayət etmir.

Bu sırada Tərtər Rayon Dövlət Notariat Kontorunu direktoru Şəhriyar Əliyevi göstərmək olar.

Rayon sakinlərinin Dünyanınsəsi.Az-a göndərmiş olduğu videomateriala nəzər saldıqda kontorun direktoru eləcə də onun tabeçiliyində çalışan ştatlı işçilər tibbi maskadan istifadə etmirlər.Şəhriyar Əliyev qapalı məkanda fəaliyyət göstərdiyinin fərqinə varmadan qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir olmasına əhmiyyət vermir.
Tərtər Rayon Dövlət Notariat Kontorunu direktoru Şəhriyar Əliyev vətəndaşları tibbi maskasız qəbul etməsi Nazirlər Kabineti “Xüsusi karantin rejimində 2020-ci il 21 noyabr tarixli qərarını kobud surətdə pozulması deməkdir.

Başqa bir məqam isə qəbulda iştirak edənlərin sayı ilə bağlıdır. Koronavirus pandemiyası dövründə bu tip qəbullarda 10 nəfərdən artıq insan iştirak etməməlidir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
Qarşı tərəfin mövqeyini dərc edə bilərik
Tərtərdən göndərilmiş videomaterialı təqdim edirik:

Dünyanınsəsi.Az