Tərtərdə Səfərbərlik Şöbəsi əsgər atasını təhqir edib-2-ci STALINQRADDAN VİDEOŞİKAYƏT

Əsas Manşet ÖLKƏ
Spread the love

                

Azərbaycan Respibilkası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi polkovnik  Elşən Abdullayev  ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçən, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verən bu dövlət qurumunun fəaliyyətinin üzərinə kölgə salır.Bundan narazı qalan Şərifli İlqar Bəxtiyar oğlunun valideyinləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimova şikayət məktubu ünvanlayıb.Şikayətçi məktbunun bir surətini də DünyanınSəsi.az Xəbər Portalına göndərib.

.Həmin məktubundan bəzi məqamlarını olduğu kimi təqdim edirik

 Hörmətli cənab Prezident!

Hörmətli  Arzu Rəhimov! 

         Tərtəər Hərbi Komisarı Elşən Abdullayevin  bilərəkdən  kobud səhvi  və səriştəsizliyi nəticəsində səfərbərliklə bağlı  çağrışçıları 27.09.2020-ci il tarixdən başlayaraq komisarlığın qarşısına yığması və  30.09.2020-ci il tarixdə  qırdırması bağışlanmaz  haldır. 

       Komisar  Elşən Abdullayev  çağrışçılrın və mülki adamların 30.09.2020-ci il tarixdə  ölmələrinin və yaralanmasının əsas səbəbkarı və günahkarı olduğu üçün  təcili olaraq vəzifəsində azad olunaraq  məsuliyyətə cəlb edilməklə barəsində cinayət işi başlanmalıdır.

      Yazıb məlum edirəm ki, özüm 2-ci qrup polis ”Qarabağ  əliliyəm”.  Ailəmlə birlikdə yuxarda qeyd etdiyim ünvanda  yaşayıram. İki oğlum var. Böyük  oğlum “Prezident Qvardiyasında  hərbi  xidmət olubdur”. İkinci oğlum isə DSX-də  hərbi xidmətdə olubdur.

Balaca oğlum Şərifli İlqar hərbi bileti ilə birlikdə  29.09.2020-ci il tarixdə səfərbərliklə bağlı  hərbi təlim toplanışlara çağrılmış  və  Azərbaycan Respublikası Səfərbərlik və   Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Tərtər rayon Şöbəsi tərəfindən hərbi hissəyə göndərilməsi ilə bağlı  komanda siyahısına salınaraq  rayon  şahmat məktəbinin zirzəmisinə yığılsalarda həmin gün gecə saat 23:00 radələrinə  qədər müəyyən səbəblərdən hərbi hissəyə göndərilə bilmədikləri üçün səhər 30.09.2020-ci il tarixdə səhər saat 09: 00-da yola düşməkləri tapşırıldıqdan sonra  çağrışçılar evlərinə buraxılmışdırlar.  30.09.2020-ci il tarixdə saat 10:00-da komisarlığın qarşısına “erməni qəsibkarları tərəfindən atılan “ mərminin partlaması zamanı  bir neçə çağrışçı və mülki insanlar şəhid olmuş, digər çağrışçıları isə mərminin qəlpələri  yaralamışdır.

Yaralanan çağrışçıların içindədə oğlum Şərifli İlqar  da “ arxadan kürək nahiyyəsindən  mərmi qəlpəsi girərərk döş  qəfəsini ağ ciyərini yaralamış  və qabırqasının ikisini də qırmışdır”. Yaralanan  çağrışçılar dərhal Tərtər MX-da ilkin yardım edildikdən sonra, Bərdə rayon MX-na göndərilmişdir. Oğlumun  bədənində iki yerdə qələpələr qaldığından dərhal Gəncə Mərkəzi Xəstəxanaya göndərilmişdir. Oğlumun  döş qəfəsindəki  qəlpə  Gəncə Beynəlxaq  Xəstəxanasında  əməliyyat olunduqdaqn sonra çıxarılmışdır.

Hazırda oğlum  qəlpə yarasından əziyyət çəkir. Onun  hərbi kospitalda və digər xəstəxanalarda mülicəsinin davam etdirilməsi və digər lazımi səndlərin alınması  üçün  komisarlıq tərəfindən vacib veriləsi “11 Qoşma” səndəinin verilməsi mütləqdir. Bununla bağlı Tərtər hərbi komisar Elşən Abdullayevə müraciət etsək də bizi aylarladırki get-gələ slaraq süründürür.

Komisarın  məni get-gələ salması  məndən maddi  marağ  güdməsidir.

Cənab Prezidentimiz televizyada və qəzetlərdə çıxış eədərək bildirib ki, əgər bir məmur bir vətəndaşı get-gələ salırsa bu birinci olaraq məmurun korrupsiya  əməlidir.

Odur ki, komisarın bu süründürməçiliyinə son qoyulmalı və oğlumun səfərbərliklə bağlı çağrılması və yaralanması barədə komisarlıq tərəfindən verilməsi vacib olan  “11 Qoşma”sənədinin və digər sənədlərin verilməsinə göstəriş verilməklə koməklik etməyinizi xahiş edirəm. Oğluma  edəcəyiniz köməkdarlığa görə əvvəlcədən dərin minnətdarlığımızı  bildirirəm.

Dünyanınsəsi.Az Tərtər  sakinin videomüsahibəsini təqdim edir:

                                      

Dünyanınsəsi.Az