Tərtərdə ruhi əsəb xəstəsi olan kişi özünü binadan atıb

HADİSƏ Kateqoriyasız
Spread the love
Daxili İşlər Nazirliyi (DİN) Tərtərdə baş verən intihara cəhd faktına aydınlıq gətirib.
Gununsesi.org xəbər verir ki, DİN-in Bərdə regional qrupunun baş inspektoru polis baş-leytenantı Aslan Qiyaslı APA-ya açıqlamasında bildirib ki, noyabrın 27-də günorta saatlarında Tərtər rayonunun Yeni qəsəbəsində müvəqqəti məskunlaşan, Kəlbəcər sakini, 1994-cü il təvəllüdlü Əli Məmmədov həyat yoldaşı ilə aralarında yaranmış ailə münaqişəsi zəminində sərxoş vəziyyətdə özünü yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanında yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Məmmədov Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Ə.Məmmədov 2013-cü ildən ruhi əsəb xəstəlikləri dispanserində qeydiyyatdadır.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.org