Tərtərdə oğul 82 yaşlı atasını vəhşicəsinə döyüb – VİDEO+FOTO

Əsas Manşet REDAKSİYA SEÇİMİ
Spread the love

Tərtər rayonunda öz oğlu tərəfindən dəfələrlə vəhşicəsinə döyülən 82 yaşlı İsmayılov  Rüstəm Hüseyn  oğlu  Tərtər rayon Polis şöbəsindən Prezidentə şikayətçidir.

Tərtər rayon sakini 1939-cu il təvəllüdlü ali təhsilli həkim, hazırda pensiyada olan İsmayılov Rüstəm Hüseyn oğlu  22 iyun 2020-ci il tarixdə gecə saat 10:00 radələrində oğlu İsmayılov Pərviz tərəfindən vəhşicəsinə döyülüb.Lakin ötən müddət ərzində ona ağır bədən xəsarətləri yetirən oğlu hüquq-mühafizə orqanları tərəfindən layiqli cəzasını almayıb.

Bundan narazı qalan 82 yaşlı Rüstəm İsmayılov  Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə,Daxili  İşlər  naziri Vilayət  Eyvazova  şikayət məktubu ünvanlayıb. Şikayətçi məktbunun bir surətini də DünyanınSəsi.az Xəbər Portalına göndərib.

Həmin məktubundan bəzi məqamlarını olduğu kimi təqdim edirik:

Möhtərəm cənab Prezident!

Hörmətli Baş prokuror !

Hörmətli Vilayət Eyvazov!

Yazıb Sizə bildirirəm ki,pensiyaya  çıxdıqdan sonra, kənddə təsərrüfat  işləri ilə məşğul oluram.

Ailəmdə 6 (altı) övladım var. Onlardan 4-ü qız, 2-si oğlandır. Övladlarımmın hamısını oxudaraq ali təhsil vermişəm. Beş övladım ailəlidir.Kiçik oğlum Pərviz İsmayılov isə subaydır. Övladlarım hamısının özlərinin evləri  olmaqla məndən ayrı  yaşayırlar.

Balaca  oğlum Pərviz  İsmayılov Gəncə Humanitar Kollecini  bitirib.Hərbi xidmətini başa vurub.Onun hərbi xidməti mənə baha başa  gəlib.Onun yolunda bir ata kimi zəhmət  çəksəm də, ancaq o bir övlad  kimi mənim  zəhmətimi dəyərləndirməyərək öz evimizdə dəfələrlə məni təhqir edib və döyübdür.

Mən onun bu əməllərindən Tərtər rayon Polis Şöbəsinə və  Tərtər rayon Prokurorluğuna şikayətlər etsəm də, hüquq  mühafizə orqanları şikayətimin araşdırılmasına laqeyid  yanaşmaqla  məni üzdən-gözdən salaraq  barışdırıblar. Ancaq bundan heç bir ibrət  dərsi götürməyən  oğlum Pərviz İsmayılov 22.06.2020-ci il tarixdə gecə  saat 10:00-da  evimə  gəlib dəmir dişli yaba ilə məni vəşicəsinə döyüb və müxtəlif dərəcəli xəsarətlər  yetirib. Mən onun əlindən güclə çıxıb qonşuluqda  yaşayan  böyük oğluma pənah aparmışam.

Döyülməyimlə bağlı DİN-nin “102”  xidmətinə şikayət etdikdən sonra, həkim ekspert komisiyası təyin olunub, fiziki zorakılığıa mərzu qalmağım təsdiqlənib.Bundan sonra Tərtər RPŞ-nin təhqiqat qrupunda  Pərviz İsmayılov barəsində AR CM-nin 128-ci  maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət  işi  açılıb və  baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib. Mən Pərviz İsmayılovun AR CM-nin 128-ci  maddəsi  ilə  yüngül məsuliyyətə cəlb edilməsindən narazıyam. Ona görə ki, öz doğma atasını döyüb, ona ağır  xəsarətlər yetirən adam  gələcəkdə  dövlətinə də  xain çıxa  bilər.

Ona görə də o, bu gün Azərbaycan Respublikası Cinayət  Məcəlləsinin ən ağır  maddələri ilə məsuliyyətə cəlb edilərək islah  olunmalıdır  ki, gələcəkdə  daha ağır  cinayətlər  törətməsin. Oğlum Pərviz  İsmayılov əməlləri təkcə bunlara bitmir.O, cəmiyyətimiz üçün olduqca yararsız bir insandır.Əvvəllər işlədiyi Tərtər rayon  UGİM-də işində  səhlənkarlığa  yol verdiyi üçün  2012-ci ildə  AR Əmək Məcəlləsinin  “70ç” bəndi ilə işdən azad edilmişdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Ağcəbədi Regional idarəsində  “Reger”  vəzifəsinə işə  düzələndə  əmək kitabçasını  gizlədərək  anket  məlumatında əvvəlki iş  yerini göstərməyərək   işə  düzəlibdir(Onun Tərtər rayon UGİM-dən 2012-ci ildə  işdən azad edilməsi  barədə əmrin surətini   ərizəmə əlavə edirəm).

Pərviz İsmayılovun dövləti qanunlarımızı saymadan heç bir məsuliyyət  nəzərə almayaraq  bizim səkkiz nəfər ailəmizə Tərtər rayon İslahat Komisiyası tərəfindən 2001-ci  il tarixdə 8 (səkkiz) nəfər ailə üzvülərinə verilən 4.22 ha  torpaq sahəsinin 50 sotuna heç bir aidiyyati dövlət  qurumlarının icazəsi olmadan  qum-çınqıl tökərək yararsız  hala  salmış və avto-dayanacaq etmişdir. Hər  gün həmin yerdə avtomobillər saxlamaqla  xeyli miqdarda dayanacaq pulları alsa da,bir  manat olsun belə vergi və dövlət sosial müdafiə fonduna pul ödəməyibdir.Tərtər rayonunun hüquq-mühafizə orqanları, xüsusən də rayon Polis şöbəsi onun bu cinayət əməllərinə göz yummaqdadırlar.

Ona görə Sizdən xahiş edirəm ki, öz doğma atasına qarşı  etdiyi amansızlığı və sadaladığım  bütün ciddi qanun pozuntularını nəzərə alaraq,mənim şikayət ərizəmi xüsusi  nəzarətə  götürəsiniz və qanunamüvafiq tədbirlərin görülməsinə dair göstəriş  verəsiniz. Ümidim Sizlərədri!

Əvvəlcədən Sizlərə dərin minnətdarlığımı bildirirəm!

Utanc hissi keçirərək dərin hörmətlə,

82 yaşlı İsmayılov  Rüstəm Hüseyn  oğlu 

Dünyanınsəsi.az  Tərtərli 82 yaşlı qocanın döyülməsini özündə əks etdirən videonu təqdim edir:

                                         82 yaşlı atasını döyən “oğlu” Siz də tanıyın !

 

Dünyanınsəsi.Az