Tərtərdə məmurlar qəsdən “su” böhranı yaradıblar-Şikayətə baxilmasa sakinlər etiraz aksiyası kecirəscəklərini deyirlər+VİDEO

Əsas Manşet ÖLKƏ
Spread the love

Bu gün bütün dünyada müzakirə olunan ən aktual və bir neçə qlobal məsələdən biri də ekoloji durum və ətraf mühitin mühafizəsidir.Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev tərəfindən 2010-cu il Azərbaycanda Ekologiya ili elan olunub. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir.
Əhməd Əhmədzadənin “sevimli” kadrı Tərtər rayonun Dəmirçilər kəndinin “Su” problemini həll etmir .Xeyli müdəttdir ki, Tərtər rayonun Dəmirçilər kəndinin sakinləri içnəli su ücbatından döymədikləri qapı , müraciət etmədikləri dövlət orqanları qalmayıb.Kənd sakinlərinin su problemi həll edilmir ki, edilmir.Subartezian idarəsinin rəisi kənd sakinlərini hər dəfə qəbula gedəndə yalan vədlər verməklə aldadır.

“Vəziyyət çox ağırdır”

Natiq İsmayılov Dünyanınsəsi.Az-a deyir ki, yaşadığı kənddə “vəziyyət çox ağırdır, camaat susuzluqdan qırılır.”

“Mənim atam, anam da bu kənddə yaşayı. Bağ-bağçamı əkib, tərəvəz yemirəmsə, mən kənddə nə üçün yaşamalıyam? Burda zavod yox, fabrik yox. Hamı təsərrüfatdan dolanır. Biri heyvandan, biri əkin-biçindən, nə bilim, hərə bir şeylə dolanır. Çətindir suyumuz yoxdur. Biz hökumətdən nə istəyirik? Bunları tənbeh etsin ki, bizim təsərrüfatımız da su ilə qidalansın.” – Natiq İsmayılov deyir. Tərtər rayonunən böyük kəndi olan Dəmirçilırdə dağılmış olan subartizyan quyusunun xətti bərpa edilməsə sakinlər rayonun mərkəzində etiraz aksiyası kecirıcıklərini deyirlər.
Sonda inanırıq ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin Tərtər rayonun Dəmirçilər kənd sakinlərinin “su” probleminin həll edilməsinə aidiyytı üzrə göstəriş verəcəkdir.
Sözügedən kəndin su nasosunun vəziyyətini təqdim edirik:

 

Taryel İbrahimov

Dünyanınsəsi.Az