Tərtərdə həkim epilepsiya xəsətəsinə qarşı dələduzluq edib?- Baş prokurora VİDEOŞİKAYƏT

İQTİSADİYYAT Manşet
Spread the love

Tərtər rayonunda daha bir utancverci olay.Hipokrat andını ayaqlar altına atmış xanım həkim epilepsiya xəstəsi olan məcburi köçkünə qarşı dələduzluq edərək,onun 3000 manat pulunu mənimsəyib.

,Bu iddia ilə Kəlbəcər rayon Zar kənd sakini çıxış edib. “Dünyanınsəsi” portalına müraciət edən şikayətçi Bəşirov İlqar Hüseyn oğlu bildirib ki, 13 yaşından eplepsiya xəstəliyindən əziyyət çəkir. O, müxtəlif şəhər və rayon xəstəxanalrında fərqli illərdə müalicə olunub.Buna baxmayaraq Tərtər rayon Mərkəzi Xəstəxanasının həkimi Rima Axundova onun “damağına şəkər ovaraq” saqqızını oğurlayıb. Belə ki birinci dəfə ondan 3000 manat rüşvət alaraq ona pensiya düzəldəcəyinə söz verib.Deyilən vaxt gələndə xəstədən əlavə 2000 manat da istəyib.Bundan sonra hər şey bir-birinə qarışıb.

Şikayətçi onu da qeyd edir ki, bu günə kimi yazmadığım, qapısını döymədiyim dövlət qurumu qalmayıb. Hətta, hüquq-mühafizə orqanları tərəfindən  bu şikayətə baxılmır.

İlqar Bəşirovun əlində Rima Axundovaya vermiş olduğu rüşvətlə bağlı həm videogörüntü, həm də səs yazıları var. Dələduzluğa məruz qalan kəlbəcərli məcburi köçkün Baş prokuror Kamran Əliyevdən bu olayın araşdırımasına  müvafiq göstəriş verməsini xahiş edir.

 

Dünyanınsəsi.Az həmin videoşikayəti təqdim edir:

Qeyd edək ki, redaksiya olaraq yazıda adı keçən Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkimi Rima Axundovanın mövqeyini dərc etməyə hazırıq.