TƏCİLİ! Erməni terrorçular silahlarını təhvil verir – VİDEO

DÜNYA Hit
Spread the love

Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalara uyğun olaraq, qanunsuz erməni silahlı birləşmələrə məxsus silah-sursatların təhvil verilməsinə başlanılıb.

Dunyaninsesi.Az xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının Teleqram kanalında yazılıb.

Məlumata görə, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir. Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPADS təhvil verilib.

Bundan əlavə, terrorçuların öz postlarını tərk etdiklərini bildirilir.